top
Çempionlar Liqası: Real, PSJ, Borussiya və Qalatasaray ilk oyunlarda üstün oldular Idman.biz
18 fevral 2026, 02:12
- ↺ +

Çempionlar Liqası: "Real", PSJ, "Borussiya" və "Qalatasaray" ilk oyunlarda üstün oldular

"Benfika" və "Real Madrid" arasında 2025/26 mövsümünün Çempionlar Liqasının pley-off mərhələsinin

ilk oyunu başa çatıb. Oyun Lissabondakı "Estadio da Luz" stadionunda baş tutub. "Real" 1:0 hesabı ilə qalib gəlib.

50-ci dəqiqədə "Real Madrid"in cinah oyunçusu Vinisius Junior oyunun yeganə qolunu vurub.
İkinci hissədə "Benfika"nın baş məşqçisi Joze Mourinyoya qırmızı vərəqə göstərilib.

"Real Madrid" və "Benfika" arasında cavab oyunu 25 fevralda Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.

Pley-offun digər oyununda PSJ səfərdə "Monako"dan üstün olub – 3:2.

Hesabı ilk dəqiqədə "Monako"dan Florian Baloqun açıb. 18-ci dəqiqədə Baloqun ikinci qolunu vurub. PSJ-nin hücumçusu Deziré Due 29-cu dəqiqədə fərqi azaldıb. PSJ-nin müdafiəçisi Əşrəf Hakimi 41-ci dəqiqədə hesabı bərabərləşdirib. 67-ci dəqiqədə Due dubl edərək komandasına üstünlük qazandırıb.

Komandalar arasında cavab oyunu 25 fevral çərşənbə günü Parisdəki "Park de Prens" stadionunda keçiriləcək.

Pley-offun daha bir oyununda isə "Borussiya Dortmund" "Atalanta"nı məğlub edib – 2:0.

Üçüncü dəqiqədə Seru Girassi hesabı açaraq Dortmund komandasına üstünlük qazandırıb. 42-ci dəqiqədə Maksimilian Bayer Almaniya komandasının üstünlüyünü ikiqat artırıb.

Cavab matçı 25 fevralda keçiriləcək.

23:38

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilib.

"Qalatasaray" klubu "Yuventus"u qəbul edib. Oyun 5:2 hesabı ilə Türkiyə təmsilçisinin xeyrinə qurtarıb.

15-ci dəqiqədə türkiyəlilərin yarımmüdafiəçisi Qabriel Sara hesabı açıb. 17-ci dəqiqədə Turin yarımmüdafiəçisi Tön Kopmeiners hesabı bərabərləşdirib. 32-ci dəqiqədə Kopmeiners ikinci qolunu vurub. İkinci hissənin əvvəlində İstanbulun cinah oyunçusu Noah Lanq hesabı bərabərləşdirib. 60-cı dəqiqədə müdafiəçi Davinson Sançes "Qalatasaray"a üstünlük qazandırıb. 75-ci dəqiqədə Lanq ikinci qolunu vurub. Oyunun sonlarında ev sahibi komandanın müdafiəçisi Saşa Boe hesabı tamamlayıb.

09:31

Bu gün sürətli və gərgin keçməsi gözlənilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarına start verilir. Avropanın ən nüfuzlu klub turnirində növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparan komandalar ilk görüşlərini keçirəcəklər.

Azarbaycan tamaşaçıları üçün diqqət çəkən oyunlardan biri İstanbulda, "Ali Sami Yen" stadionunda baş tutacaq. Türkiyə təmsilçisi "Qalatasaray" İtaliya nəhəngi "Yuventus"u sınağa çəkəcək. Digər maraqlı matçda isə "Real Madrid" Portuqaliyada "Benfika"nın qonağı olacaq.

17 fevral tarixində keçiriləcək oyunlar:

21:45 "Qalatasaray" - "Yuventus"

23:59 "Benfika" - "Real Madrid"

23:59 "Borussiya" (Dortmund) - "Atalanta"

23:59 "Monako" - PSJ

Qeyd edək ki, "Qalatasaray"ın ev oyununun digərlərindən daha tez başlaması yerli vaxt fərqi ilə əlaqədardır. Digər üç qarşılaşma isə gecə yarısı start götürəcək.

Pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək

Xatırladaq ki, Azərbaycan təmsilçisi "Qarabağ" isə pley-off mərhələsi çərçivəsində sabah, fevralın 18-də Bakıda İngiltərənin "Nyukasl" klubunu qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Oxşar xəbərlər