top
Çempionlar Liqası: “Real”, “Arsenal” və “Tottenhem”dən inamlı qələbə - YENİLƏNİB + VİDEO Idman.biz
21 yanvar 2026, 02:19
- ↺ +

Çempionlar Liqası: “Real”, “Arsenal” və “Tottenhem”dən inamlı qələbə - YENİLƏNİB + VİDEO

Çempionlar Liqası əsas mərhələsinin yeddinci turunun "Real Madrid" və "Monako" arasında keçirilən oyun başa çatıb. Oyun Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutub. Oyun meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

"Real Madrid"in hücumçusu Kilian Mbappe hesabı beşinci dəqiqədə açıb. Mbappe 26-cı dəqiqədə ikinci qolunu vurub. İkinci hissənin əvvəlində "Los Blancos"un hücumçusu Franko Mastantuono hesabı 3:0 edib. 55-ci dəqiqədə "Monako"nun müdafiəçisi Tilo Kerer öz qapısına qol vurub. 63-cü dəqiqədə cinah oyunçusu Vinisius Junior "Kral Klubu"nun beşinci qolunu vurub. 72-ci dəqiqədə müdafiəçi Cordan Teze hesab arasındakı fərqi azaldıb. Meydan sahiblərinin yarımmüdafiəçisi Cud Bellingem 80-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Yeddi oyundan sonra Madrid klubu 15 xalla ikinci yerdədir. "Monako"nun doqquz xalı var və 20-ci yerdədir.

"İnter" və "Arsenal"ın oyununda londonlular 3:1 hesabı ilə qalib gəliblər.

10-cu dəqiqədə Qabriel Jezus hesabı açaraq londonluları irəli çıxarıb. Petar Suçiç 18-ci dəqiqədə cavab qolunu vurub. Jezus özünün ikinci qolunu 31-ci dəqiqədə vurub. 84-cü dəqiqədə Viktor Gyökeres qonaqların üçüncü qoluna imza atıb.

Bu oyundan sonra ""İnter" Çempionlar Liqasının turnir cədvəlində 12 xalla səkkizinci yerdədir, "Arsenal" isə 21 xalla liderlik edir.

"Kopenhagen" - "Napoli" matçı heç-heçə ilə bitib – 1:1.

Skott Maktominey 39-cu dəqiqədə İtaliya klubunu hesabda irəli çıxarıb. Cordan Larsson 72-ci dəqiqədə hesabı bərabərləşdirib.

Bu oyundan sonra "Kopenhagen" Çempionlar Liqasının turnir cədvəlində səkkiz xalla 24-cü, "Napoli" isə səkkiz xalla 23-cü yerdədir.

"Tottenhem Hotspur" və "Borussiya Dortmund"un qarşılaşmasında İngiltərə komandası 2:0 hesabı ilə üstün olub.

Kristian Romero 14-cü dəqiqədə hesabı açıb, Dominik Solanke isə 37-ci dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb.

Bu oyundan sonra "Tottenhem" Çempionlar Liqasının turnir cədvəlində 14 xalla dördüncü, "Borussiya" isə 11 xalla 12-ci yerdədir.

"Sportinq"lə PSJ birincilərin meydançasında qarşılaşıblar. Oyun 2:1 hesabı ilə portuqaliyalıların xeyrinə bitib.

"Sportinq"in hücumçusu Luis Suares ilk qolu 74-cü dəqiqədə vurub. Paris klubunun hücumçusu Xviça Kvaratsxeliya 79-cu dəqiqədə hesabı bərabərləşdirib. Əsas hissənin son dəqiqəsində Suares ikinci qolla ev sahiblərini irəli çıxararaq hesabı 2:1 edib.

Yeddi turdan sonra Portuqaliya klubunun aktivində 13 xalı var və turnir cədvəlində altıncı yerdədir. Fransa komandasının aktivində 13 xalı var və beşinci yerdədir.

Yunanıstanın "Olimpiakos" klubu "Bayer Leverkuzen"i qonaq edib. Matç 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə bitib.

"Olimpiakos"un müdafiəçisi Kostinya ikinci dəqiqədə hesabı açıb. Hücumçu Mehdi Taremi 45+1-ci dəqiqədə yunanıstanlıların üstünlüyünü ikiqat artırıb.

"Olimpiakos" ümumilikdə səkkiz xal qazanıb. "Bayer"in yeddi oyundan sonra doqquz xalı var.

İspaniyanın "Vilyarreal" klubu öz meydançasında "Ayaks"a məğlub olub.

"Vilyarreal"ın hücumçusu Tani Oluvaseyi 49-cu dəqiqədə hesabı açıb. "Ayaks"ın yarımmüdafiəçisi Oskar Qlux 61-ci dəqiqədə hesabı bərabərləşdirib. 90-cı dəqiqədə hücumçu Oliver Edvardsen qonaqların qələbəsini təmin edib – 1:2.

"Vilyarreal"ın aktivində bir xal var, "Ayaks" isə yeddi oyundan altı xal toplayıb.

23:39

UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci tura start verilib.

İdman.Biz bildirir ki, Norveçin "Budyo Qlimt" komandası "Mançester Siti"ni qəbul edib.

Oyunda hesabı 22-ci dəqiqədə meydan sahiblərinin oyunçusu Kasper Heq açıb. 24-cü dəqiqədə Heq ikinci qolunu vurub. 58-ci dədiqədə Yens Petter Heyre hesab arasındakı fərqi artırıb. 60-cı dəqiqədə Rayan Çerki oyunun yekun hesabını müəyyənləşdirib - 3:1.

21:29

UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci tura start verilib.

İdman.Biz xəbər verir ki, ilk olaraq "Kayrat" (Qazaxıstan) - "Brügge" (Belçika) qarşılaşıblar.

Oyun 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

32-ci dəqiqədə qonaqların hücumçusu Aleksandar Stankoviç hesabı açıb. 38-ci dəqiqədə yarımmüdafiəçi Hans Vanaken "Brügge"nin üstünlüyünü artırıb. 75-ci dəqiqədə belçikalı hücumçu Romeo Verman üçüncü qolu vurub. 84-cü dəqiqədə müdafiəçi Brandon Meçele ev sahibi komandanın dördüncü qoluna imza atıb. 90+2-də yarımmüdafiəçi Adilet Sadıbekov "Kayrat"ın yeganə qolunu vurub.

09:26

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində yeddinci tura start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə doqquz matç reallaşacaq.

Bu gün baş tutacaq qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Çempionlar Liqası
Əsas mərhələ
Yeddinci tur
20 yanvar

19:30. "Kayrat" (Qazaxıstan) - "Brügge" (Belçika)

21:45. "Budyo Qlimt" (Norveç) - "Mançester Siti" (İngiltərə)

23:59. "Kopenhagen" (Danimarka) - "Napoli" (İtaliya)

23:59. "İnter" (İtaliya) - "Arsenal" (İngiltərə)

23:59. "Olimpiakos" (Yunanıstan) - "Bayer 04" (Almaniya)

23:59. "Real" (İspaniya) - "Monako" (Fransa)

23:59. "Sportinq" (Portuqaliya) - PSJ (Fransa)

23:59. "Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)

23:59. "Vilyarreal" (İspaniya) - "Ayaks" (Niderland)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Digər
Bu gün, 19:43

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Digər
Bu gün, 19:39

Yamal və Pedri Flikin qərarına baxmadılar - “El Klasiko” öncəsi gözlənilməz addım

Digər
Bu gün, 19:28

“Bir gün La Liqada oynamaq istərdim”

Digər
Bu gün, 19:25

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Digər
Bu gün, 19:21

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Digər
Bu gün, 19:20

Keyn "Bavariya"nın əfsanəsini keçdi: Çempionlar Liqası tarixinin ən yaxşı 8 bombardiri siyahısına daxil oldu

Digər
Bu gün, 19:11

“Mançester Yunayted” Karriklə bağlı qərarını verdi - ağır məğlubiyyətdən sonra

Futbol
Bu gün, 18:59

Mauro İkardi Betislə görüşlər keçirir

Futbol
Bu gün, 18:56

Mançester Siti'li Fil Foden Çempionlar Liqasında üçüncü turun ən yaxşı futbolçusu seçildi

Digər
Bu gün, 18:43

“Beşiktaş”ın baş məşqçisindən “Kristal Palas”la oyun öncəsi qərar

Digər
Bu gün, 18:35

“Səbail” iki Avropa klubu ilə əməkdaşlığa hazırlaşır

Digər
Bu gün, 18:29

“Bizi gözəl günlər gözləyir, buna inanıram”

Oxşar xəbərlər