top
Çempionlar Liqası: Qalatasaray 1/8 finalda, PSJ, Real Madrid və Atalanta da vəsiqə qazandı Idman.biz
26 fevral 2026, 02:43
- ↺ +

Çempionlar Liqası: "Qalatasaray" 1/8 finalda, PSJ, "Real Madrid" və "Atalanta" da vəsiqə qazandı

Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyunu "Yuventus" və "Qalatasaray" arasında Turin şəhərindəki "Allianz" stadionunda baş tutub və Turin təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Yuventus"dan Manuel Lokatelli, Federico Qatti və Ueston Makkenni qol vurub. "Qalatasaray"dan isə əlavə vaxtda Viktor Osimhen və Barış Yılmaz qol vurub.

"Qalatasaray" ilk oyunda "Yuventus"u 5:2 hesabı ilə məğlub etmişdi. Beləliklə, "Qalatasaray" 1/8 finala vəsiqə qazanıb.

01:47

PSJ və "Monako" arasında 2025/26 mövsümünün Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyunu başa çatıb.

Matç Parisdəki "Park de Prens" stadionunda baş tutub və 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Monako"nun yarımmüdafiəçisi Maqneş Akliuç 45-ci dəqiqədə hesabı açıb. Ev sahibi komandanın müdafiəçisi Markinyos 60-cı dəqiqədə bərabərlik qolunu vurub. Cinah oyunçusu Xviça Kvaratsxeliya 66-cı dəqiqədə parisliləri irəli çıxarıb. 90+2-ci dəqiqədə "Monako"nun müdafiəçisi Jordan Teze hesabı 2:2 edib.

İlk oyunda PSJ "Monako"nu 3:2 hesabı ilə məğlub etmişdi. Beləliklə, parislilər ümumi hesabda 5:4 hesabı ilə qalib gələrək Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıblar.

Pley-off mərhələsinin digər oyununda "Real Madrid" öz meydançasında "Benfika"nı məğlub edib - 2:1.

14-cü dəqiqədə Rafael Silva hesabı açaraq Lissabon klubuna üstünlük qazandırıb. 16-cı dəqiqədə Orelyen Tçuameni hesabı bərabərləşdirib. 80-ci dəqiqədə Vinisius Júnior "Real" ikinci qolunu vurub.

İlk oyunda da 1:0 hesabı ilə qalib gələn Madrid komandası 1/8 finala vəsiqə qazanıb.

23:56

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

İdman.Biz bildirir ki, İtaliyada "Atalanta" "Borussiya Dortmund"u qəbul edib. Bu komandalar arasında ilk oyun 2:0 hesabı ilə Almaniya komandasının xeyrinə başa çatıb.

Beşinci dəqiqədə hücumçu Canluka Skamakka "Atalanta"nı hesabda irəli çıxarıb. 45-ci dəqiqədə müdafiəçi Davide Zappakosta ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 57-ci dəqiqədə Mario Paşaliç "Atalanta"nın üçüncü qolunu vurub. 75-ci dəqiqədə "Borussiya Dortmund"un hücumçusu Kərim Adeyemi bir qolun əvəzini çıxıb – 3:1. 90+8-ci dəqiqədə İtaliya klubunun yarımmüdafiəçisi Lazar Samarciç penaltidən qol vuraraq komandasına ümumi hesabda qələbə qazandırıb.

Beləliklə, "Atalanta" Avropanın klub turnirinin 1/8 finalına yüksəlib.

09:20

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, ümumilikdə dörd qarşılaşma baş tutacaq.

Bugünkü qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
25 fevral
21:45. "Atalanta" (İtaliya) – "Borussiya Dortmund" (Almaniya)

İlk oyun – 0:2

23:59. "Real Madrid" (İspaniya) – "Benfika" (Portuqaliya)
İlk oyun – 1:0

23:59. PSJ (Fransa) – "Monako" (Fransa)
İlk oyun – 3:2

23:59. "Yuventus" (İtaliya) – "Qalatasaray" (Türkiyə)
İlk oyun – 2:5

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Oxşar xəbərlər