PSJ və "Monako" arasında 2025/26 mövsümünün Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyunu başa çatıb.
Matç Parisdəki "Park de Prens" stadionunda baş tutub və 2:2 hesablı heç-heçə ilə başa çatıb.
"Monako"nun yarımmüdafiəçisi Maqneş Akliuç 45-ci dəqiqədə hesabı açıb. Ev sahibi komandanın müdafiəçisi Markinyos 60-cı dəqiqədə bərabərlik qolunu vurub. Cinah oyunçusu Xviça Kvaratsxeliya 66-cı dəqiqədə parisliləri irəli çıxarıb. 90+2-ci dəqiqədə "Monako"nun müdafiəçisi Jordan Teze hesabı 2:2 edib.
İlk oyunda PSJ "Monako"nu 3:2 hesabı ilə məğlub etmişdi. Beləliklə, parislilər ümumi hesabda 5:4 hesabı ilə qalib gələrək Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıblar.
Pley-off mərhələsinin digər oyununda "Real Madrid" öz meydançasında "Benfika"nı məğlub edib - 2:1.
14-cü dəqiqədə Rafael Silva hesabı açaraq Lissabon klubuna üstünlük qazandırıb. 16-cı dəqiqədə Orelyen Tçuameni hesabı bərabərləşdirib. 80-ci dəqiqədə Vinisius Júnior "Real" ikinci qolunu vurub.
İlk oyunda da 1:0 hesabı ilə qalib gələn Madrid komandası 1/8 finala vəsiqə qazanıb
23:56
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
İdman.Biz bildirir ki, İtaliyada "Atalanta" "Borussiya Dortmund"u qəbul edib. Bu komandalar arasında ilk oyun 2:0 hesabı ilə Almaniya komandasının xeyrinə başa çatıb.
Beşinci dəqiqədə hücumçu Canluka Skamakka "Atalanta"nı hesabda irəli çıxarıb. 45-ci dəqiqədə müdafiəçi Davide Zappakosta ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 57-ci dəqiqədə Mario Paşaliç "Atalanta"nın üçüncü qolunu vurub. 75-ci dəqiqədə "Borussiya Dortmund"un hücumçusu Kərim Adeyemi bir qolun əvəzini çıxıb – 3:1. 90+8-ci dəqiqədə İtaliya klubunun yarımmüdafiəçisi Lazar Samarciç penaltidən qol vuraraq komandasına ümumi hesabda qələbə qazandırıb.
Beləliklə, "Atalanta" Avropanın klub turnirinin 1/8 finalına yüksəlib.
09:20
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, ümumilikdə dörd qarşılaşma baş tutacaq.
Bugünkü qarşılaşmaların siyahısını təqdim edirik:
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
25 fevral
21:45. "Atalanta" (İtaliya) – "Borussiya Dortmund" (Almaniya)
İlk oyun – 0:2
23:59. "Real Madrid" (İspaniya) – "Benfika" (Portuqaliya)
İlk oyun – 1:0
23:59. PSJ (Fransa) – "Monako" (Fransa)
İlk oyun – 3:2
23:59. "Yuventus" (İtaliya) – "Qalatasaray" (Türkiyə)
İlk oyun – 2:5