top
Çempionlar Liqası: Kayratdan məğlubiyyət, Qarabağın rəqibi Napolinin uduzması və digər nəticələr - VİDEO Idman.biz
19 sentyabr 2025, 01:08
- ↺ +

Çempionlar Liqası: "Kayrat"dan məğlubiyyət, "Qarabağ"ın rəqibi "Napoli"nin uduzması və digər nəticələr - VİDEO

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində I turun son oyunları keçirilib. Turnirdə ümumilikdə 6 qarşılaşma baş tutub.

İdman.biz xəbər verir ki, "Qarabağ"ın qrupdakı rəqiblərindən "Napoli" səfərdə "Mançester Siti" ilə qarşılaşıb.

Oyunun 21-ci dəqiqəsində Di Lorensonun meydandan çıxarılmasından sonra italyanlar görüşü azlıqda davam etdiriblər. 56-cı dəqiqədə Haland meydan sahiblərini irəli çıxarıb - 1:0. 65-ci dəqiqədə Doku ikinci topu "Napoli"nin qapısından keçirməyə müvəffəq olub - 2:0. Oyun bu hesabla başa çatıb.

Digər oyunlarda isə "Kopenhagen" öz meydanında Almaniyanın "Bayer 04" klubunu qəbul edib. Meydan sahiblərinin iki dəfə hesbda irəli çıxmalarına baxmayaraq, oyun 2:2 hesabı ilə başa çatıb.

"Brügge" öz meydançasında "Monako"ya böyük hesabla qalib gəlib - 4:1.

Almaniyanın digər təmsilçisi "Ayntraxt" isə İstanbulun "Qalatasaray" komandasını sınağa çəkib. Görüş İstanbul klubunun darmadağını ilə qurtarıb - 5:1.

"Barselona" İngiltərədə "Nyukasl"ın qonağı olub. Bu oyunda ilk hissə qolsuz başa çatıb. İkinci hissədə 58-ci dəqiqədə Reşford qonaqları irəli çıxarıb. 57-ci dəqiqədə Reşford görüşdə özünün ikinci topuna imza atıb. 90-cı dəqiqədə Qordan hesab arasındakı fərqi azaldaraq oyunda son nöqtəni qoyub - 1:2.

Və nəhayət turniirn debütantı "Kayrat" Portuqaliyada "Sportinq"lə qarşılaşıb. Oyunun 10-cu dəqiqəsində "Kayrat"ın qapıçısı Şerxan Kalmurza Hyulmandın vurduğu penaltini qaytarıb.

Portuqaliyalılar öz istəklərinə 44-cü dəqiqədə çatıblar. Trinçao "Sportinq"i irəli çıxarıb - 1:0. İlk yarı bu hesabla bitib. 64-cü dəqiqədə Trinçao oyunda özünün ikinci qolunu vurub. Bundan iki dəqiqə sonra Santos üçüncü topu qonaqların qapısından keçirib. Daha iki dəqiqə sonra Kuenda hesabı 4:0-a çatdırıb. 86-cı dəqiqədə Edmilson buraxılan toplardan birinin əvəzini çıxa bilib - 4:1. Oyun bu hesabla bitib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur

18 sentyabr

20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa) - 4:1

Qollar: Tresoldi (32), Onyedika (39), Vanaken (42), Diahon (75); Fati (90+1)

20:45. "Kopenhagen" (Danimarka) - "Bayer 04" (Almaniya) - 2:2

Qollar: Larsson (9), Robert (87); Qrimaldo (82), Hatzidiakos (90+1, aq)

23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya) - 2:0

Qollar: Haland (58), Doku (65)

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə) - 5:1

Qollar: Yunus Akgün (8); Sançes (37, aq), Can Uzun (45+2), Burxardt (45+4, 66), Knauf (75)

23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan) - 4:1

Qollar: Trinçao (44, 64), Santos (66), Kuenda (68); Edmilson (86)

23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Qordon (90); Reşford (58, 67)

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər