top
Çempionlar Liqası: Bodo-Qlimtin sensasiyası, Brüggedə dram, Bayerin qələbəsi - YENİLƏNİB + VİDEO Idman.biz
19 fevral 2026, 02:16
- ↺ +

Çempionlar Liqası: "Bodo-Qlimt"in sensasiyası, "Brügge"də dram, "Bayer"in qələbəsi - YENİLƏNİB + VİDEO

Çempionlar Liqasının pley-off mərhələsinin "Bodo-Qlimt" (Norveç) - "İnter" (İtaliya) oyunu başa çatıb.

Norveçdə keçirilən oyunda yerli komanda 3:1 hesablı qələbə qazanıb.

Sondre Brunstad 21-ci dəqiqədə hesabı açaraq Norveç klubuna üstünlük qazandırıb. Françesko Esposito 30-cu dəqiqədə cavab qolunu vurub. Yens-Petter Höge 61-ci dəqiqədə ev sahibi komandaya yenidən üstünlük qazandırıb. Kasper Hög norveçlilərin üçüncü qolunu 64-cü dəqiqədə vurdu.

"İnter" və "Bodo-Qlimt" arasında cavab oyunu 24 fevralda Milandakı "San Siro" ("Cüseppe Meazza") stadionunda keçiriləcək.

1/8 finalın digər oyununda "Brügge" və "Atletiko Madrid" 3:3 hesablı heç-heçəylə ayrılıblar.

Qonaq komandanın hücumçusu Yulian Alvares səkkizinci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. Hücumçu Ademola Lookman 45+4-cü dəqiqələrdə Madrid klubunun ikinci qolunu vurub. Ev sahibi komandanın yarımmüdafiəçisi Rafael Onyedika 51-ci dəqiqədə komandasının ilk qolunu vurub. Belçikalı hücumçu Nikolo Tresoldi 60-cı dəqiqədə bərabərlik qoluna imza atıb. "Brügge"nin müdafiəçisi Joel Ordonez 79-cu dəqiqədə avtoqol edib. Yarımmüdafiəçi Xristos Dzolis 89-cu dəqiqədə qol vuraraq meydan sahiblərinə heç-heçə qazandırıb.

1/8 finalın sonuncu qarşılaşmasında isə "Bayer" səfərdə "Olimpiakos"dan üstün olub – 2:0.

"Bayer Leverkuzen"in hücumçusu Patrik Şik 60-cı dəqiqədə hesabı açıb. Şik 63-cü dəqiqədə ikinci qolunu vurub.

09:52

UEFA Çempionlar Liqasında bu gün növbəti pley-off qarşılaşmaları baş tutacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan azarkeşlərinin diqqəti saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq, amma bu mərhələdə saat 23:59-da başqa maraqlı qarşılaşmalar da var.

Bu gün keçiriləcək oyunların siyahısı belədir:

21:45 "Qarabağ" (Azərbaycan) – "Nyukasl" (İngiltərə)

23:59 "Bodo-Qlimt" (Norveç) – "İnter" (İtaliya)

23:59 "Brügge" (Belçika) – "Atletiko" (İspaniya)

23:59 "Olimpiakos" (Yunanıstan) – "Bayer" (Almaniya)

Xatırladaq ki, ötən gün baş tutan qarşılaşmalarda "Qalatasaray" doğma meydanda "Yuventus"u 5:2 hesabı ilə darmadağın edib. Digər oyunlarda "Real" "Benfika"nı səfərdə 1:0, PSJ isə "Monako"nu 3:2 hesabı ilə üstələyib. "Borussiya" (Dortmund) isə "Atalanta" üzərində 2:0 hesablı inamlı qələbə qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Oxşar xəbərlər