top
Çempionlar Liqası: Bodo-Qlimt İnteri sensasiyalı şəkildə mübarizədən kənarlaşdırdı, Atletiko Madrid qələbə qazandı - YENİLƏNİB + VİDEO Idman.biz
25 fevral 2026, 02:05
- ↺ +

Çempionlar Liqası: "Bodo-Qlimt" "İnter"i sensasiyalı şəkildə mübarizədən kənarlaşdırdı, "Atletiko Madrid" qələbə qazandı - YENİLƏNİB + VİDEO

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha iki oyunu keçirilib.

Mərhələnin sensasiyası İtaliyada baş verib. Yerli "İnter" Norveçin "Bodo-Qlimt" klubuna məğlub olaraq (1:2) mübarizəni dayandırıb.

58-ci dəqiqədə Yens Petter Höge hesabı açaraq qonaqları hesabda irəli çıxarıb. 72-ci dəqiqədə Haakon Evjen Norveç komandasının fərqini ikiqat artırıb. 77-ci dəqiqədə Alessandro Bastoni bir qolun əvəzini çıxıb.

Bu komandaların ilk oyununda da Norveç təmsilçisi qalib gəlmişdi - 3:1.

"Bayer" isə öz meydançasıında "Olimpiakos"u məğlub edə bilməyib - 0:0. Lakin ilk matçda qazanılmış qələbə (2:0) hesabına Almaniya klubu 1/8 finala adlayıb.

23:35

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.

İdman.Biz bildirir ki, ilk olaraq "Atletiko Madrid" və "Brügge" qarşılaşıblar. Bu komandaların ilk oyunu 3:3 hesabı ilə bitmişdi.

Hesabı meydan sahiblərindən Aleksandr Sörlot 23-cü dəqiqədə açıb. 36-cı dəqiqədə Ordonyes hesabı bərabərləşdirib. Kardozo 48-ci dəqiqədə yenidən madridliləri önə çıxarıb. 76-cı dəqiqədə Sörlot hesab arasındakı fərqi artırıb. 87-ci dəqiqədə Sörlot oyunda üçüncü topunu vurub - 4:1.

Matç bu hesabla bitib və Madrid klubu Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

09:44

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilir.

İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə dörd qarşılaşma keçiriləcək.

Bugünkü qarşılaşmaların siyahısını təqdim edirik:

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
24 fevral

Saat 21:45. "Atletiko Madrid" (İspaniya) - "Brügge" (Belçika)
İlk oyun: 3:3.

Saat 23:59. "Nyukasl Yunayted" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)
İlk oyun: 6:1.

Saat 23:59. "İnter" (İtaliya) - "Budo-Qlimt" (Norveç)
İlk oyun: 1:3.

Saat 23:59. "Bayer Leverkuzen" (Almaniya) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun: 2:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər