top
Çempionlar Liqası: 4-cü tur hansı məqamlarla diqqəti çəkir? İdman.biz
05 noyabr 2024, 12:17
- ↺ +

Çempionlar Liqası: 4-cü tur hansı məqamlarla diqqəti çəkir?

UEFA Çempionlar Liqasında 13 günlük fasilə bu gün başa çatır.

İdman.biz xəbər verir ki, iki oyunla 4-cü tura start veriləcək, gecə yarısı daha yeddi qarşılaşma olacaq.

Üç turdan sonra "Aston Villa" və "Liverpul" yüz faizli nəticə - hərəyə 9 xalla Liqa mərhələsində liderlik edirlər. Onlardan sonra turnir cədvəlində 7 xalla "Mançester Siti"nin gəldiyini nəzərə alsaq, ilk "üçlük"də İngiltərə təmsilçilərinin olmasını xüsusi vurğulamaq lazımdır.

Bugünkü oyunlara gəlincə, turnir cədvəli baxımından "Liverpul"un 6-cı pillədə qərarlaşmış "Bayer Leverkuzen"i qonaq edəcəyi qarşılaşma daha çox diqqət çəkir. 2005-ci ildə Almaniya təmsilçisini 1/8 finalda iki dəfə 3:1 hesabı ilə məğlub edən "qırmızılar" o vaxt finala kimi irəliləmiş, tarixi oyunda "Milan"a (3:3, pen. 3:2) da qalib gələrək Çempionlar Liqası kubokunu qazanmışdılar. Hazırda Premyer Liqada liderlik edən "Liverpul"un qələbə şansı indi də daha yüksək sayılır.

İlk "səkkizlik"də qərarlaşmış komandalardan "Sportinq"lə "Mançester Siti"nin dueli də maraqlı olacaq. Portuqaliya çempionatının lideri 2022-ci ildə evdəki 0:5 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. İndi öz ölkəsində məğlubedilməz olan (ilk 10 turun hamısında qələbə!) "Sportinq"in əsl gücü də bu gün bilinəcək. Bu mövsüm Portuqaliya çempionatında artıq 16 qol vuran, UEFA Millətlər Liqasında rəqibimiz İsveç millisinin üzvü Viktor Qyökeres "Mançester Siti"ni də məyus edə biləcəkmi?

Ad-san və tarixi baxımdan Çempionlar Liqasının ən titullu komandaları "Real Madrid" və "Milan"ın görüşü də bütün dünyada azarkeşlərin diqqət mərkəzində olacaq. Sonuncu dəfə 2010-cu ildə qarşılaşan komandaların İspaniyada o vaxtkı duelində "Real" 2:0 hesablı qələbə qazanmışdı.

Yeri gəlmişkən, Niderland millisinin və "Milan"ın sabiq futbolçusu Ruud Qullit hazırda La Liqada liderdən 9 xal geri qalmasına, Çempionlar Liqasında 12-ci pillədə qərarlaşmasına baxmayaraq, qitə turnirində məhz "Real"ı əsas favorit hesab etdiyini bildirib. "Bir favorit seçmək çətindir. "Bavariya"nı həmişə bəyənmişəm, amma "Real Madrid" daim favorit olaraq qalır. Bunu unutmaq olmaz. İndi "Real" özünün tarixi zirvəsində, ən yaxşı dövründədir. Komanda Çempionlar Liqasının son qalibidir və yenilənmiş stadionda oynayır. Hamı "Real"ın formasını geyinmək istəyir. Bu, fantastik komandadır", - deyə "Marca" Qullitdən sitat gətirir.

Bu gün İtaliyada keçiriləcək "Bolonya" - "Monako"nun qarşılaşması da bizim üçün maraq kəsb edir. Oyunu Əliyar Ağayevin rəhbərliyilə azərbaycanlı hakimlər briqadası idarə edəcək. Çempionlar Liqasının hazırkı turnir cədvəlində İtaliya təmsilçisi bir xalla 29-cu, Fransanı təmsil edən klub isə yeddi xalla 4-cü yerdədir.

Liderlərdən danışdıq, autsayderləri də unutmayaq. Hələ ki hesablarında xal olmayan "Slovan", "Leypsiq" və "Şturm" bu gün, "Yanq Boys", "Srvena Zvezda" və "Zalsburq" isə sabah səkkiz turdan ibarət yarışın ilk yarısında Çempionlar Liqasına təsadüfən düşmədiklərini sübut etməyə çalışacaqlar. Onlardan öz meydanında Zaqreb "Dinamo"sunu qəbul edəcək "Slovan"ın ilk xal və ya xallarını qazanmaq şansının daha çox olduğunu düşünmək olar.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər