Britaniyanın nüfuzlu "Give me Sport" portalı Çempionlar Liqası tarixinin ən yaxşı qapıçılarının reytinqini dərc edib.
Birinci yeri karyerası ərzində iki dəfə turnirin qalibi olan "Bavariya"nın qapıçısı Manuel Noyer tutub. Ondan sonra "Real" ilə avrokubokların dördqat qalibi olan İker Kasilyas gəlir. Üçüncü yerdə "Mançester Yunayted"in keçmiş qapıçısı Edvin van der Sar yer alıb.
"Çelsi"də çıxış edən Petr Çex dördüncü, "Yuventus"un formasını geyinmiş Canluici Buffon isə beşinci yerdə qərarlaşıb. "Barselona"nın "çərçivə qoruyucusu" Viktor Valdez altıncı yerdədir.
Sonrakı yerlərdə Keylor Navas, Oliver Kan, Dida, Tibo Kurtua və Alison Bekker yer alıb.