Ukrayna "Çelsi"nin satışından gələn vəsaiti ala bilmir. Səbəb Roman Abramoviç ilə Cersi adası hökuməti arasında gedən məhkəmə prosesi və onun aktivlərinə qoyulan həbsdir.
İdman.Biz Britaniyanın "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, 2022-ci ilin aprelində Cersi Krallıq Məhkəməsi Abramoviçin aktivinə təxminən 5,3 milyard funt sterlinq (12,1 milyard AZN) həcmində həbs qoyub və cinayət araşdırmasına başlayıb.
Əvvəllər xəbər verilmişdi ki, Ukrayna yalnız 2,35 milyard funt sterlinqdən (5,36 milyard AZN) təmiz gəlir sayılan 922,9 milyon funt sterlinq (2,1 milyard AZN) məbləğin bir hissəsini ala bilər.
Abramoviç 2022-ci ildə sanksiyalar nəticəsində "Çelsi"ni satmağa məcbur olmuşdu.