UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda "Qarabağ"la üz-üzə gələcək İngiltərənin "Çelsi" klubunu tribunalarda təxminən 800 azarkeş dəstəkləyəcək.
Bu barədə "Report"a Azərbaycan təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, qonaq komanda üçün iki sektor ayrılıb.
London komandası matçdan bir gün əvvəl, noyabrın 4-də Bakıya gələcək. "Zadəganlar"ın paytaxtda görüşdən əvvəl açıq məşqçi və mətbuat konfransı olmayacaq. "Çelsi"nin baş məşqçisi Entso Mareska İngiltərədə jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.