top
Çelsidə zədə böhranı dərinləşir: Kapitan Ris Ceyms İngiltərə millisindən zədə səbəbi ilə ayrıldı Idman.biz
06 oktyabr 2025, 17:46
- ↺ +

"Çelsi"də zədə böhranı dərinləşir: Kapitan Ris Ceyms İngiltərə millisindən zədə səbəbi ilə ayrıldı

Çempionlar Liqasının qrup mərhələsində Ağdamın "Qarabağ" klubunun rəqibi olan "Çelsi"də zədə böhranı yaşanır.

İdman.biz xəbər verir ki, London təmsilçisinin kapitanı Ris Ceyms "Liverpul"la oyunda aldığı zədəyə görə İngiltərə millisinin toplanışını vaxtından əvvəl tərk edib. Tibbi müayinədən sonra onun sağlamlığını riskə atmamaq üçün belə qərar verilib.

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel R. Ceymsi Uels və Latviya ilə keçiriləcək dünya çempionatının seçmə oyunlarına çağırmışdı. Lakin indi onun yerini "Mançester Siti"nin 20 yaşlı müdafiəçisi Niko O"Rayli tutacaq. Bu gənc futbolçu üçün əsas milli komandada debüt olacaq.

İngiltərə Futbol Federasiyasının rəsmi açıqlamasında bildirilib ki, Ceyms zədəni "Çelsi"nin heyətində çıxış edərkən alıb və milli komandanın həkim heyəti ilə məsləhətləşmədən sonra oktyabr oyunlarını buraxacağı qərara alınıb.

"Zədə bəlası" kapitanı uzun müddətdir təqib edir. O, ötən mövsüm dizaltı vətərinə əməliyyat olunduğu üçün 40-dan çox görüşü buraxmış, yalnız yazın sonunda meydana dönə bilmişdi. Yeni mövsümün əvvəlindən optimal formasını bərpa etməyə çalışan futbolçu növbəti zədəyə görə yenidən fasilə verməyə məcbur qalıb.

Beləliklə, "Çelsi"də zədə vəziyyəti artıq kritik həddə çatıb. Ceymsdən əlavə, Kouel Palmer, Levi Kolvill, Benua Badyaşil, Trevo Çaloba və Uesli Fofana da sıradan çıxıb. Baş məşqçi Enzo Mareska heyəti komplektləşdirməkdə ciddi çətinliklərlə üzləşib.

London klubu növbəti oyununu oktyabrın 18-də "Nottingem Forest"ə qarşı keçirəcək. Komanda həmin vaxta qədər ən azı bir neçə əsas futbolçunu sıraya qaytarmağı ümid edir.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsində Ağdamın "Qarabağ" klubu ilə "Çelsi" arasında qarşılaşma noyabrın 5-də Bakıda baş tutacaq. Hələlik zədəli oyunçulardan kimlərin bu matça qədər sıraya dönəcəyi məlum deyil.

Teymur Tuşiyev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər