İngiltərə Premyer Liqasının 11-ci turunun "Çelsi" və "Vulverhempton" komandaları arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir ki, "Çelsi" 3-0 hesabı ilə qalib gəlib..
Malo Qusto 51-ci dəqiqədə hesabı açıb, Joao Pedro 65-ci dəqiqədə komandanın üstünlüyünü ikiqat artırıb, Pedro Neto isə 73-cü dəqiqədə londonluların üçüncü qolunu vurub.
Bu oyundan sonra "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 xalla ikinci yerdədir, "Vulverhempton" isə iki xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.