"Çelsi" İngiltərə Premyer Liqasının 2025/2026 mövsümündə ilk qələbəsini qazanıb.
İdman.biz xəbər verir ki, "zadəganlar" 2-ci turda "Vest Hem"in qonağı olublar.
İlk oyunda "Kristal Pelas"ın müqavimətini qıra bilməyən Entso Mareskanın komandası bu dəfə inamlı qələbə qazanıb. Hesabı "Vest Hem" açsa da, "Çelsi" ardıcıl 5 dəfə fərqlənib. Bir qol vurub, iki ötürmə verən Joao Pedro qələbədə böyük pay sahibi olub.
İngiltərə Premyer Liqası
2-ci tur
22 avqust
23:00. "Vest Hem" - "Çelsi" - 1:5
İdman.biz