"Lion"un yarımmüdafiəçisi Malik Fofana "Çelsi" və "Liverpul"un transfer suyahısında yer alıb. Sport24.az xəbər verir ki, bu barədə "Goal.com" məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, artıq hər iki klub 20 yaşlı belçikalı üçün Fransa klubuna təklif göndərib. "Lion"un 2-ci Liqaya düşdükdən sonra maliyyə göstəricilərini sabitləşdirmək üçün oyunçularını satacağı gözlənilir. Bir müddət əvvəl mətbuatda "Roma"nın Fofana ilə maraqlandığı xəbəri yayılmışdı.
Qeyd edək ki, Fofana 2024/25 mövsümündə bütün turnirlərdə "Lion"un heyətində 41 matçda 11 qol vurub və 6 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.