"Çelsi" və "Bavariya" "Milan"ın və Fransa millisinin qapıçısı Mik Meynanı transfer etməkdə maraqlıdırlar.
İdman.Biz-in "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, komandalar İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatan qapıçı ilə danışıqlara başlamaq üçün yanvar ayına qədər gözləyəcəklər.
Nəşrin məlumatına görə, "Milan" Meynanın komandada qalıb-qalmayacağından əmin deyil. "Rossoneri"nin idman direktoru İqli Tare artıq onun yerinə başqa oyunçu axtarmağa başlayıb.
Bu mövsüm Meynyan "Milan"da bütün turnirlərdə 12 oyun keçirib, doqquz qol buraxıb və dörd oyunda qapısını "təmiz" saxlayıb.