top
Çelsi Qarabağla oyuna bir neçə əsas oyunçu ilə hazırlaşır Idman.biz
28 oktyabr 2025, 17:31
- ↺ +

"Çelsi" "Qarabağ"la oyuna bir neçə əsas oyunçu ilə hazırlaşır

Londonun "Çelsi" klubu Çempionlar Liqasında "Qarabağ"la oyuna heyətlə bağlı nikbin xəbərlər fonunda hazırlaşır.

İdman.Biz britaniyanın aparıcı KİV-lərinə istinadla xəbər verir ki, bir neçə vacib futbolçu zədədən sonra bərpa prosesini başa çatdırır və baş məşqçi Enzo Mareska onların səfər qarşılaşmasında iştirakına ümid edir.

Komandanın kapitanı Ris Ceyms artıq oyuna tam hazırdır. Mareskanın sözlərinə görə, müdafiəçi özünü yaxşı hiss edir və zədədən sonra tam yüklənməyə hazırdır. Hücumçu Liam Delap da ümumi məşqlərə qayıdıb və gözlənilir ki, Bakıya gedəcək heyətə daxil ediləcək. Enzo Fernandesin də heyətə qayıtmağa yaxındır – yarımmüdafiəçi diz iltihabından sonra artıq məşqlərə başlayıb və tibbi heyət onun "Qarabağ"la oyuna qədər hazır olacağına əmindir.

Bundan əlavə, müdafiəçi Tosin Adarabio baldır əzələsindəki yüngül problem səbəbindən bir müddət oynamamışdı, lakin indi bərpa olunub və matçda iştirak etməyə hazırdır. Yaxınlarda beyin silkələnməsindən sonra yoxlamadan keçən Vesli Fofana da "Qarabağ"la oyunun iştirak ərizəsinə salına bilər, baxmayaraq ki, onun start heyətində yer alıb-almayacağı hələlik qeyri-müəyyəndir.

Eyni zamanda, "Çelsi" hələ də bəzi zədəlilərin xidmətindən məhrum olacaq. Komanda qasıq nahiyəsindən zədə alan Koul Palmer, əzələ problemi yaşayan Benua Badiaşil, çarpaz bağları qopmuş Levi Kolvill və diz əməliyyatı keçirən Dariu Essuqunun xidmətindən istifadə edə bilməyəcək.

Mareska bildirib ki, 1 noyabrda İngiltərə Premyer Liqasının növbəti turunda "Tottenhem"lə keçiriləcək oyunda komandaya yeni qayıdan futbolçular ehtiyatla meydana buraxılacaq ki, zədənin təkrarlanması riski olmasın. Beləliklə, "Çelsi" Bakıda keçiriləcək qarşılaşmaya gücləndirilmiş heyətlə, lakin start tərkibdə mümkün rotasiya ilə çıxacaq.

"Qarabağ" - "Çelsi" oyunu Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 5-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Bu gün, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Bu gün, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Bu gün, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Bu gün, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Bu gün, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Bu gün, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Bu gün, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Bu gün, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Bu gün, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
Dünən, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
Dünən, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
Dünən, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
Dünən, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
Dünən, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
Dünən, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
Dünən, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
Dünən, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Futbol
Dünən, 09:56

Neftçi – Sabah qarşılaşması Misli Premyer Liqasının 7-ci turunda Palms Sports Arena’da

Futbol
Dünən, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Dünən, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Dünən, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
08 oktyabr 2026, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
08 oktyabr 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Oxşar xəbərlər