UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Çelsi" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, London təmsilçisinin hücumçusu Liam Delap sıradan çıxıb.
İngiltərə millisinin üzvü təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq. 22 yaşlı forvard noyabr ayında yaşıl meydanlara qayıdacaq.
"Çelsi" Liam Delapı mövsümün əvvəlində "İpsviç Taun"dan transfer edib. O, "mavilər"in heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu 5 noyabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.