Klublararası Dünya Çempionatının 1/4 final matçında "Çelsi" "Palmeyras"la qarşılaşıb. Sport24.az xəbər verir ki, "Lincoln Financial Field" arenasında baş tutan görüş İngiltərə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda ilk qolu London təmsilçisinin yarımmüdafiəçisi Koul Palmer vurub. İkinci hissənin əvvəlində "Palmeyras"ın hücumçusu Estevan Villian hesabı bərabərləşdirib.
Braziliyalı qapıçı Veverton 83-cü dəqiqədə avtoqolla yadda qalıb ki, bu da "zadəganlar"a qələbə gətirib.
Qeyd edək ki, "Çelsi" yarımfinalda "Fluminense" ilə qarşılaşacaq. Görüş iyulun 8-nə təyin olunub.