top
Cəlal Hüseynov: Heç kim mənə inanmırkən, o, mənə inandı. Idman.biz
24 may 2025, 11:18
- ↺ +

Cəlal Hüseynov: "Heç kim mənə inanmırkən, o, mənə inandı."

"Milli komandada oynamaq hər bir azərbaycanlı futbolçu üçün ən pik nöqtədir. Ola bilər ki, bu mərhələ klub həyatıma da yeni imkanlar qazandırsın. Bunu zaman göstərəcək. Ancaq hazırda bütün diqqətim millidədir və əsas məqsədim maksimum faydalı olmaqdır. Daha çox çalışıb, verilən şansdan maksimum istifadə etməliyəm".

İdman.biz xəbər verir ki, bu sözləri futbolinfo.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Cəlal Hüseynov deyib.

22 yaşlı müdafiəçisi ona etimad göstərən məşqçilərə təşəkkürünü bildirib: "İlk olaraq Ayxan Abbasova minnətdarlığımı bildirirəm. Mənə heç kimin inanmadığı vaxtda güvəndi, komandaya dəvət etdi. Hətta ideal formada olmadığım dönəmlərdə belə şans verdi. Dəvət gözləyirdim və çox sevinirəm ki, uzun fasilədən sonra yenidən millidəyəm. Milli formanı daşımaq böyük fəxrdir. Məqsədim bu komandada sabit yer qazanmaqdır. Təbii ki, millidə olmaq fərqli bir məsuliyyət və ruh tələb edir. Daha ciddi yanaşmalı, peşəkar kimi çox çalışmalısan ki, bu formanı davamlı geyinə biləsən".

Gənc futbolçu qarşıdakı Latviya və Macarıstanla yoldaşlıq görüşlərinə də münasibət bildirib: "İki maraqlı qarşılaşma bizi gözləyir. Açığı, Latviya barədə geniş məlumatım yoxdur. Amma toplanış zamanı onları daha yaxından analiz edəcəyik. Macarıstan isə tanınmış və keyfiyyətli futbolçulara malik komandadır. Son illərdə böyük inkişaf yolu keçiblər. Top-liqalarda oynayan yaxşı, ulduz futbolçuları var. Əlimizdən gələni edəcəyik ki, bu oyunlardan qalib ayrılıb, azarkeşlərimizi sevindirək".

Hüseynov millinin baş məşqçisi Fernandu Santuşla bağlı fikirlərini də bölüşüb və uğursuzluq seriyaya son qoyacaqlarına inandığını vurğulayıb: "Doğrudur, hələlik Santuşun rəhbərliyi altında qələbə qazana bilməmişik. Amma bu cür çətinliklər digər milli komandalarda və klublarda da olur. Sadəcə olaraq, daha ciddi şəkildə hazırlaşmalı və bütün gücümüzü ortaya qoymalıyıq ki, bu seriyanı sona çatdıraq. Santuş böyük təcrübəyə malik çalışdırıcıdır. Sistem fərq etməz – mənə harada və nə zaman şans verilirsə, bacarığımı maksimum səviyyədə göstərməyə və komandaya tez uyğunlaşmağa çalışacağam".

Sonda o, milli komandadakı motivasiyasına da toxunub: "Hazırda öz üzərimdə daha çox işləməli, inkişaf etməliyəm. Milli üçün hər şeyimizi ortaya qoymalıyıq. Bu yalnız mənim deyil, bütün komanda yoldaşlarımın – dəvət alan və almayan hər kəsin məsuliyyətidir. İnanıram ki, bunun öhdəsindən layiqincə gələcəyik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Dünən, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Dünən, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Dünən, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Oxşar xəbərlər