top
Cəlal Hüseynov: Daha üstün klubda çıxış etmək istərdim Idman.biz
02 avqust 2025, 16:06
- ↺ +

Cəlal Hüseynov: Daha üstün klubda çıxış etmək istərdim

Azərbaycan millisinin və Bolqarıstanın "Arda" klubunun futbolçusu Cəlal Hüseynovun Teleqraf-a müsahibəsi

- UEFA Konfran Liqasında mərhələ adladınız. Təəssüratlarınız necədir?

- Azərbaycanlı futbolçu olaraq, başqa bir ölkə klubunda avrokuboklarda mərhələ adlamaq çox gözəl hissdir. HİK çox təcrübəli idi. Daim avrokuboklarda çıxış edirlər, yüksək səviyyəli futbolçuları var, artıq bu turnirə alışıblar. Amma ilk oyunda da göstərmişdik ki, bu rəqibə qalib gələ bilərik. Evdə də qolsuz başa çatan görüşdə qələbəyə yaxın idik. Səfərə də, nə olursa-olsun, qələbə üçün getmişdik.

- Oyun penaltilərə qədər davam etdi. Əvvəlcədən fiziki və psixoloji olaraq buna hazır idiniz?

- Əvvəlcə biz hesabda önə keçdik. Sonradan rəqib hesabı öz xeyrinə dəyişdi. Buna baxmayaraq, hücumlarımızla nəticəni bərabərləşdirdik. Oyunu əsas vaxtda da bitirə bilərdik, lakin alınmadı. Uzatmalarda da hər iki tərəf mərhələ keçmək istəyirdi. Sonda penalti seriyasını bizim komanda daha dəqiq yerinə yetirdi. Çox sevincliyəm. Bütün komanda yoldaşlarıma "çox sağ ol" demək istəyirəm.

- 120 dəqiqə meydanda oldunuz. Öz performansınızı necə dəyərləndirirsiniz?

- Artıq "Arda"da ikinci mövsümümdür. İlk ilimdə də həmişə əsas heyətdə oynayırdım. İlk başlarda 10 oyunda start heyətdə olsam da, sonralar oynamamağa başladım. Qış fasiləsində 6 ay müddətə Azərbaycana gəlib icarə əsasında "Şamaxı"da çıxış edib qayıtdıqdan sonra həm çempionat, həm də avrokubok görüşlərində oynayıram. Belə demək olarsa, formadayam. Komandamın əsas heyət üzvü olaraq oyundan-oyuna özümü daha inamlı hiss edirəm. İnanıram ki, belə də davam edəcək.

- Bəs 4:3 hesabı ilə "Arda"nın xeyrinə başa çatan penaltilər seriyasında sizə niyə şans verilmədi?

- Mən "Şamaxı"da icarədə olarkən, "Arda"da avrokuboklara vəsiqə uğrunda keçid oyununda penaltiləri kimlər uğurla yerinə yetirmişdisə, baş məşqçi Aleksandr Tunçev yenidən onlara şans verdi. Hətta Tunçevə yaxınlaşıb dedim ki, özümü hazır hiss edirəm. Onsuz da penalti vurmağı sevir və düzgün yerinə yetirə bilirəm. Sadəcə bu, onun qərarı idi. Əsası odur ki, komanda qalib gəldi və növbəti mərhələyə yüksəldi. Kimin vurmasının heç bir fərqi yoxdur.

- Baş məşqçi qərarını necə əsaslandırdı?

- Öz fikrində elə idi. Sadəcə 1-ci, 3-cü və 5-ci penaltilərdə bir az tərəddüdü vardı. Mən də yaxınlaşıb dedim ki, vurmaq istəyirəm. Amma qərarı başqa futbolçudan yana verdi. Problem yoxdur.

- "Arda" növbəti mərhələdə Litvanın "Kauno Jalgiris" klubu ilə qarşılaşacaq. Bu rəqibi də üstələyib pley-offa vəsiqə qazana biləcəyinizə inanırsınız?

- Ondan öncə səfərdə "Botev"ə qarşı çempionat oyunumuz olacaq. Liqada da yerimizi möhkəmləndirməliyik. Hələlik bir məğlubiyyət, bir heç-heçəmiz var. Hazırda fikrimiz çempionatdadır. Bu oyunu başa vurduqdən sonra "Kauno Jalgiris"lə oyunu düşünməyə başlayacağıq.

- "Neftçi"nin sabiq futbolçusu Andre Şinyaşiki komanda yoldaşınızdır. Azərbaycanda oynayarkən tanışlığınız vardımı, sizdən nə isə soruşmuşdu?

- Öncədən heç bir ünsiyyətimiz yox idi. Qışda mən komandaya gələrkən o da transfer olunmuşdu. Yəni komanda yoldaşı olaraq səmimiyyətimiz yarandı. Arada Azərbaycanla bağlı ümumi danışırıq.

- Azərbaycandan getdikdən sonra təklifləriniz oldumu?

- Bəli, bir neçə klub dəvət göndərmişdi. Adları açıqlaya bilmərəm. Sadəcə, qayıtmaq fikrim yox idi. Yəni, Bolqarıstanda "Arda" ilə davam etməyi düşünürdüm.

- Başqa ölkələrdən təklifləriniz oldu?

- Açığı, təklifim olmayıb. Transfer pəncərəsi hələ də davam edir. Yaxşı təklif olarsa, baxaram. Daha üstün klubda çıxış etmək istərdim. Onsuz da bunun üçün çalışıram.

- Adətən azərbaycanlı futbolçular legioner həyatı yaşayərkən xaricdə dil problemi yaşayır. Siz ingilis dilini bilirsiniz. Bolqarıstana uyğunlaşmaqda hər hansı çətinlik yaşamadınız?

- Xeyr, heç bir çətinlik yaşamadım. Bolqar dilində də danışıram. Hər şey rahatdır. Gəldikdən bir qədər sonra öyrəndim. Təxminən 6 ay sonra artıq bolqarca danışa bilirdim.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Futbol
Bu gün, 19:47

Fəridə Lüftəliyeva UEFA tərəfindən üç beynəlxalq oyunla təyin edilib

Digər
Bu gün, 19:43

Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 dünya çempionatının tarixi müəyyənləşib

Digər
Bu gün, 19:39

Yamal və Pedri Flikin qərarına baxmadılar - “El Klasiko” öncəsi gözlənilməz addım

Digər
Bu gün, 19:28

“Bir gün La Liqada oynamaq istərdim”

Digər
Bu gün, 19:25

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Digər
Bu gün, 19:21

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Digər
Bu gün, 19:20

Keyn "Bavariya"nın əfsanəsini keçdi: Çempionlar Liqası tarixinin ən yaxşı 8 bombardiri siyahısına daxil oldu

Digər
Bu gün, 19:11

“Mançester Yunayted” Karriklə bağlı qərarını verdi - ağır məğlubiyyətdən sonra

Futbol
Bu gün, 18:59

Mauro İkardi Betislə görüşlər keçirir

Futbol
Bu gün, 18:56

Mançester Siti'li Fil Foden Çempionlar Liqasında üçüncü turun ən yaxşı futbolçusu seçildi

Oxşar xəbərlər