top
Cəlal Hüseynov Ardada qalmaq istəyir, Azərbaycan klublarından təkliflər var Idman.biz
10 iyul 2025, 16:26
- ↺ +

Cəlal Hüseynov "Arda"da qalmaq istəyir, Azərbaycan klublarından təkliflər var

"Arda"da uzun müddətli qalmaq fikrində deyiləm. Özümü yaxşı tərəfdən göstərib, daha yaxşı və daha güclü liqaya keçid etmək istəyirəm. Bolqarıstana ilk gəldiyimiz vaxtda da məqsədim bu idi".

İdman.biz xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında Cəlal Hüseynov bildirib.

Müdafiəçi gələcəklə bağlı planlarının olmasına baxmayaraq, hələlik "Arda" ilə yoluna davam etdiyini söyləyib: "Hazırda "Arda" ilə yolumuza davam edirik. Düzdür, başqa klublardan da təkliflər var, onların arasında Azərbaycan klubları da mövcuddur. Lakin komandamla müqaviləm qüvvədədir və hazırda birlikdə təlim-məşq toplanışındayıq. Qarşıda bizi Konfrans Liqası və çempionat oyunları gözləyir. Hazırda gündəmdə başqa heç nə yoxdur, çünki özüm də burada qalmaq istəyirəm. Geridə qalan bir illik müqaviləmi maksimum şəkildə dəyərləndirmək niyyətindəyəm".

22 yaşlı müdafiəçi fiziki və psixoloji durumunun yaxşı olduğunu da vurğulayıb: "Komanda yoldaşlarımı əvvəldən tanıyıram və onların dilində danışdığım üçün adaptasiya baxımından heç bir çətinlik yaşamıram. Əsas heyətdə yer almaq uğrunda mübarizə aparıram. Baş məşqçi şans verdikcə, özümü ən yaxşı tərəfdən göstərməyə hər zaman hazıram".

O, yenidən milli komandaya dəvət aldığı üçün duyduğu sevinc hissindən də danışıb: "Milliyə qayıtdığım üçün çox sevincliyəm. Hər bir azərbaycanlı futbolçu üçün milli komanda ən yüksək zirvədir. O formanı geyinmək böyük məsuliyyət tələb edir. Yığmadakı yerimi qorumaq üçün klubumda daim oynamalı və yaxşı performans göstərməliyəm. Bunun üçün bütün gücümlə çalışacağam".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:33

Litva millisinin sabiq məşqçisi: Azərbaycan futbolu geriləyir

Futbol
Bu gün, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
Bu gün, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Bu gün, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Bu gün, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Bu gün, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Bu gün, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Bu gün, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Bu gün, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Bu gün, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Bu gün, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Bu gün, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
Dünən, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Oxşar xəbərlər