UEFA prezidenti Aleksander Çeferin Avropa ölkələrinin müasir dünyadakı mövqeyindən danışıb. Sport24.az xəbər verir ki, o, Avropanın dutboldan başqa bütün sahələrdə dünyanın digər regionlarından geridə qaldığını deyib:
"Biz hamımız siyasi düzgünlükdən bezmişik. Artıq Qərbdə söz azadlığı yoxdur. Artıq nə düşündüyünüzü deyə bilməzsiniz. Avropa, futboldan başqa, hər cəhətdən uduzur, sərt qaydalardan boğulur".
Qeyd edək ki, daha əvvəl Çeferin bəzi siyasətçilərin Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandalarının beynəlxalq arenaya qayıtmasının qarşısını aldığını bildirib.
2022-ci ilin fevral ayının sonundan Rusiya idmançıları ölkənin Ukraynaya etdiyi silahlı müdaxilə səbəbindən beynəlxalq yarışlardan kənarlaşdırılıblar.