top
Cavid İmamverdiyev: Şəki ilə hədəf çempionluqdur Idman.biz
06 sentyabr 2025, 18:15
- ↺ +

Cavid İmamverdiyev: "Şəki" ilə hədəf çempionluqdur

"Keçmiş komandam "Quba" ilə aramızda hər hansı bir anlaşılmazlıq, yaxud şəxsi problem olmayıb. Mən klubdan xoş təəssüratlarla ayrıldım. Sadəcə olaraq, maliyyə baxımından ortaq nöqtəyə gələ bilmədik. Müqavilə şərtləri hər iki tərəf üçün uyğun olmadığından, qarşılıqlı razılıq əsasında yollarımızı ayırmaq qərarına gəldik".

İdman.biz bildirir ki, bu sözləri futbolinfo.az saytına açıqlamasında Cavid İmamverdiyev deyib.

"Şəki" ilə anlaşan 35 yaşlı futbolçu yeni komandası ilə hədəflərinin yüksək olduğunu vurğulayıb. O, bildirir ki, qarşıya qoyulan əsas məqsəd çempionluqdur:

"Yeni komandamla birlikdə məqsədimiz yalnız çempionluqdur. Klub rəhbərliyi, məşqçilər və futbolçular hamımız bu amal ətrafında birləşmişik. Bilirik ki, qarşıda bizi çətin oyunlar, gərgin mübarizə gözləyir. Ancaq biz sona qədər mübarizə aparmağa hazırıq. Özüm də meydanda bacardığım qədər komandama faydalı olmağa çalışacam. Mənim üçün vacib məsələlərdən biri də gənc futbolçulara örnək olmaqdır. Hər zaman çalışmışam ki, təcrübəmi onlarla bölüşüm, meydanda və məşqlərdə dəstək olum. Gənclərin irəli getməsi, inkişaf etməsi üçün əlimdən gələni edəcəm. İnanıram ki, bu birlik və həmrəylik bizi uğura aparacaq".

İmamverdiyev karyerasının son illərində olmasına baxmayaraq, futboldan uzaqlaşmaq fikrində olmadığını, əksinə, hələ də oynamağa böyük həvəs duyduğunu deyib:

"Futbol mənim həyatımın ayrılmaz hissəsidir. Futbolu sevən və bu idmanla yaşayan insanlar üçün ondan ayrılmaq çox çətindir. Mən də hələ ki, futbolçu karyeramı davam etdirirəm və qarşıdakı mövsümlərdə də maksimum dərəcədə meydanda olmaq niyyətindəyəm. Bilindiyi kimi, artıq çempionatımızda yaş limiti aradan qaldırılıb. Bu, futbolçular üçün əlavə şans deməkdir. Deməli, yaş amili əvvəlki qədər önəm daşımır, əsas olan fiziki hazırlıq və oyuna yanaşmadır. Mən də çalışıram ki, daim formada olum və komandama fayda verim. Nə qədər gücüm çatırsa, oynamağa davam edəcəm. Futbolçu karyeram başa çatdıqdan sonra isə planım məşqçi kimi fəaliyyət göstərməkdir. Çünki bu idmandan uzaq qalmaq fikrim yoxdur. Futbol mənim həyat tərzimdir və sona qədər bu sahədə çalışmaq istəyirəm".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Oxşar xəbərlər