top
Cavid İmamverdiyev: Əvvəlki “Şkendiya” ilə indiki arasında fərq var, vaxtilə matçlarda çox əziyyət çəkmişdik - MÜSAHİBƏ Idman.biz
12 avqust 2025, 13:12
- ↺ +

Cavid İmamverdiyev: "Əvvəlki “Şkendiya” ilə indiki arasında fərq var, vaxtilə matçlarda çox əziyyət çəkmişdik" - MÜSAHİBƏ

Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Cavid İmamverdiyev AZƏRTAC-a müsahibəsi

- "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə qarşılaşacaq. Şansları necə dəyərləndirirsiniz?

- Çətin oyun olacaq. Amma "Qarabağ"ın qalib gələcəyinə inanıram. Artıq komanda yavaş-yavaş öz formasına düşür. Yeni gələn oyunçular da keyfiyyətlidir. Bu gün Ağdam klubundan uğurlu nəticə gözləyirəm.

- "Şkendiya" sizə tanış rəqibdir. Vaxtilə "Neftçi"nin heyətində Avropa Liqasında bu komandaya qarşı oynamısınız. Düzdür, həmin dövrdən indiyə çox şey dəyişib. Ümumi olaraq, Makedoniya futbolu haqqında nə deyə bilərsiniz?

- Şimali Makedoniya futbolu hər zaman maraqlı olub. Avropaya yaxşı oyunçular çıxarıblar. Bizim dövrümüzdəki "Şkendiya" ilə indiki arasında fərq var. Vaxtilə bu komanda ilə matçlarda çox əziyyət çəkmişdik.

- İlk matçda azarkeşlər "Qarabağ"ın böyük hesabla qalib gələcəyini düşünürdü. Lakin minimalhesablı qalibiyyət oldu...

- Artıq bütün dünya futbol oynamağı bacarır. Əvvəllər kağız üzərində favorit olan komandaların qalib gələcəyini hər kəs gözləyirdi. Lakin indi elə deyil. Hər şey meydanda həll olunur. Zəif rəqib belə sonadək döyüşür.

- "Şkendiya" bundan əvvəlki mərhələdə Rumıniyanın FCSB klubunu mübarizədən kənarlaşdırmışdı. Həmin komandaya qarşı daha aqressiv oyun sərgiləmişdi. Lakin bunu Ağdam klubu ilə ilk oyunda göstərə bilmədilər. Sizcə, səbəb nə oldu?

- Çünki "Qarabağ" zəif komanda deyil. "Şkendiya" öz səviyyəsində olan rəqiblərə rahatlıqla qalib gələ bilsə də, bunu təmsilçimizlə qarşılaşmalarda göstərə bilmir. Burada səviyyə fərqi önə çıxır. Qurban Qurbanovun kollektivi Avropada adından söz etdirməyi bacarıb. Artıq Azərbaycan çempionunun beynəlxalq arenada müəyyən imici var. Bu da çox sevindirici haldır.

- "Qarabağ"ın bu mövsüm Çempionlar Liqasının əsas mərhələsinə yüksələcəyini gözləyirsiniz?

- "Qarabağ"ın yenidən əsas mərhələyə çıxacağına inanıram. Onlar bunu artıq bir dəfə reallaşdırıblar.

- Gələcək karyeranız barədə nə düşünürsünüz?

- Bu mövsüm yenə də II Liqada çıxış edəcəyəm. Yaxın günlərdə yeni komandam bəlli olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 07:13

Holand yoxdursa, problem də yoxdur - Foden “Mançester Siti”nin yeni qolçusuna çevrilə bilər

Digər
Bu gün, 06:41

Eyden Makkarti: “Borussiya”ya vurduğum qol karyeramda unutmayacağım anlardandır”

Futbol
Bu gün, 06:07

Maykl Karrik istefa barədə spekulyasiyalara cavab verdi: hər şey aydındır

Futbol
Bu gün, 05:48

Coy-Lens Mikels: ‘Dortmund məğlubiyyətindən sonra ‘Vikinq’lə qarşılaşmağa hazırıq’

Futbol
Bu gün, 05:12

Aston Villa yarımmüdafiəçisi Yohan Manzambi “Barselona” və “Bavariya”nin marağında

Futbol
Bu gün, 04:27

Borussiya Dortmund qapıçısı Qregor Kobelin “Sabah”ın təzyiqi barədə açıqlamaları

Futbol
Bu gün, 02:36

Luis Enrike: Barselona üzərində 4:2 hesablı qələbənin açarı PSJ-nin müdafiəsi oldu

Futbol
Bu gün, 02:05

Kvaratsxeliya "Barselona" məcburiyyətində ağır zədələndi: 9 ay müddətində yaxına qala bilər

Futbol
Bu gün, 01:49

“Barselona” UEFA Çempionlar Liqasının üçüncü turunda PSJ-yə 2:4 uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı - Flik rəqibin üstünlüyünü etiraf etdi

Formula 1
Bu gün, 01:35

Williams Marvel ilə əməkdaşlıqda Doctor Dum üslubunda bolid təqdim etdi

Futbol
Bu gün, 01:19

“Sabah” qapıçısı Stanislav Pokatilov UEFA Çempionlar Liqasının üçüncü turunda ən yüksək bal toplayaraq “Borussiya”nın dublini geridə qoydu

Futbol
Bu gün, 01:13

David Raya La Liqada oynamak istədiyini bildirdi

Futbol
Bu gün, 00:52

Sabah – Borussia Dortmund matçında bütün qollar Afrika futbolçuları tərəfindən vuruldu

Futbol
Bu gün, 00:35

Sesk Fabreqas "Mançester Yunayted"in baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirməkdən imtina etdi

Futbol
Bu gün, 00:30

Žirasi "Sabah"la Çempionlar Liqası görüşünün ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 00:21

Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı

Futbol
Bu gün, 00:03

Dani Olmo, PSG qarşılaşmasında yaralandı

Futbol
Dünən, 23:50

Bundesliqada “Sabah” və “Borussiya Dortmund” matçı 2-1 nəticə ilə sona çatdı, Azərbaycan klubu müqavimət göstərdi

Futbol
Dünən, 23:44

Mikel Artertanın bəyanatı: Subimendi Bayern ilə oyunda iştirak edəcək

Futbol
Dünən, 23:41

Dambrauskas: Keyfiyyətli rəqib qarşısında şansımız az idi

Futbol
Dünən, 23:31

Dambrauskas məğlubiyyətdən sonra futbolçularına qürur duyduğunu bildirdi

Futbol
Dünən, 23:26

Sabah 2-1 məğlubiyyətlə Borussia Dortmund-a: layiqli mübarizə, səhvlər və fürsət itkisi

Qarabağ FK
Dünən, 22:58

İqor Ponomaryov “Sabah”ın “Borussiya”ya məğlubiyyətini şərh etdi

Futbol
Dünən, 22:55

Arsenal, Barcelona müdafiəçisi Xavi Espartı alqı‑satqıya təklif edir

Oxşar xəbərlər