top
Cavid Hüseynov: “Səbail Mirabdulla Abbasova görə maddi baxımdan o qədər də ziyana düşməyəcək Report.az
06 yanvar 2025, 16:11
- ↺ +

Cavid Hüseynov: “Səbail" Mirabdulla Abbasova görə maddi baxımdan o qədər də ziyana düşməyəcək"

"Səbail" Mirabdulla Abbasova görə maddi baxımdan o qədər də ziyana düşməyəcək.

Bunu "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Cavid Hüseynov deyib.

O, uzun müddətdir futbol oynamayan Mirabdulla Abbasovla anlaşdıqlarını bildirib:

"Mirabdulla komandamıza qoşulub. Bilirsiniz ki, xeyli müddətdir futbolsuz qalmışdı. Müraciət edərək yenidən başlamaq istədiyini vurğuladı. "Səbail" Mirabdulla Abbasova görə maddi baxımdan o qədər də ziyana düşməyəcək. Futbolçuya ikinci şans vermişik. Bildiyimə görə, 2 ilə yaxındır futbol oynamırdı. Onsuz da komandamızda futbolçu çatışmazlığı var. 3 futbolçumuz əməliyyat olunub. Çox transfer də edə bilmirik. Mirabdulla məşqlərdə canla-başla çalışır. Daha iki oyunçu ilə razılıq əldə etmişik. Onlardan biri hücumçu, digəri stopperdir. İndi adlarını çəkməyim düzgün deyil. Ümumilikdə 5-6 futbolçu istəyərdim. Bunun nə dərəcədə mümkün olacağını deyə bilmərəm".

C.Hüseynov daha iki futbolçu ilə anlaşma əldə olunduğunu vurğulayıb:

"Dəyişiklik imkanımıza bağlı olan prosesdir. O qədər də böyük imkanımızın olmadığı məlumdur. Bəzi mövqeləri gücləndirmək istəyirik. İki oyunçu ilə, demək olar ki, razılaşmışıq. Yaxın günlərdə bu barədə açıqlama veriləcək. Daha bir neçə futbolçu transfer etməyi planlaşdırmışıq".

Mütəxəssis komandanı sonuncu yerdən xilas etmək planlarından danışıb:

"İki dövrədən sonra, əlbəttə ki, turnir cədvəlində bizim üçün xoş olmayan sonuncu yerdəyik. Lakin rəqiblərimiz çox da öndə deyillər. Çalışacağıq qış fasiləsindən yaxşı istifadə edək və növbəti oyunlarda qələbələr qazanaraq sonuncu yerdən qurtulaq".

O, qış fasiləsindən sonrakı oyunlardan çox şey asılı olacağını da bildirib:

"Çalşacağıq ki, maksimum dərəcədə irəliləyək. Bizim üçün fasilədən sonrakı ilk oyunlar çox önəmlidir. Səfərdə "Sumqayıt"la, daha sonra "Kəpəz"lə görüşəcəyik. Bu matçlardan çox şey asılı olacaq".

Qeyd edək ki, "Səbail" Misli Premyer Liqasında iki dövrədən sonra turnir cədvəlində 9 xalla sonuncu - 10-cu pillədə qərarlaşaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:40

"Milan" Almaniya brendi ilə yeni müqavilə imzalayacaq, yarım milyard avro qazanacaq

Digər
Bu gün, 12:38

İngiltərə klubu futbolçuların stressini azaltmaq üçün soyunub-geyinmə otağını cəngəlliyə çevirdi - FOTO

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 10:40

Anastasios Duvikas, Yunan hücumçusu, Çempionlar Liqasının bombardlilər siyahısında liderdir

Cüdo
Bu gün, 10:32

Bakı şəhərində U-17 cüdo birinciliyi 9-10 noyabr tarixində keçiriləcək

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Oxşar xəbərlər