Cavid Hüseynovun "Səbail"də baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib.
Klubdan İdman.bizə verilən məlumata görə, 36 yaşlı mütəxəssislə 2025/2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
O, Bakı təmsilçisi ilə noyabrın 13-də ilk məşqinə çıxacaq.
Qeyd edək ki, Hüseynov son olaraq "Turan Tovuz" klubunda baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
İdman.biz