top
Cavid Hüseynov Qarabağ, Sabah və Araz-Naxçıvanın Avrokubok şanslarını dəyərləndirib Idman.biz
11 avqust 2025, 18:10
- ↺ +

Cavid Hüseynov "Qarabağ", "Sabah" və "Araz-Naxçıvan"ın Avrokubok şanslarını dəyərləndirib

"Şkendiya" çox xarakterli rəqibdir. Ötən qarşılaşmada da pis təsir bağışlamadılar, son saniyəyə qədər mübarizə apardılar. Lakin "Qarabağ"ın təcrübəsi bu baxımdan ön plana çıxırdı. Hazırda da psixoloji üstünlük Ağdam təmsilçisindədir. İnanıram ki, Bakıda da ssenari dəyişməyəcək və yenə hücum edən tərəf olacaqlar".

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında Cavid Hüseynov deyib.

Gənc mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı danışarkən "Qarabağ"ın səfərdə 1:0 hesablı qələbəsini çox sərfəli nəticə adlandırıb: "İnanmıram ki, taktiki baxımdan hansısa dəyişiklik edilsin. Hər zaman gördüyümüz oyun planı ilə meydana çıxacaqlar. Ola bilər ki, ilk oyundan sonra rəqibi daha yaxşı analiz edib, müəyyən detallara toxunsunlar. Səfərdə hücum xəttimiz pis təsir bağışlamadı, bir neçə dəfə qol imkanı yarandı. Düzdür, Nərimanın qaçırdığı epizodlar oldu, amma hazırda pis vəziyyətdə deyil".

O, "Sabah"ın Konfrans Liqasında "Levski" ilə matçına da toxunub: "Səfərdə güclü rəqibə qarşı çox yaxşı mübarizə apardılar. Oyun boyunca çəkinmədiklərini göstərdilər. Taktiki baxımdan dəyişiklik edilərək beşli müdafiə xəttinə keçilmişdi. Bu qərar yəqin ki, rəqibi analiz etdikdən sonra verilib. Son saniyələrdə qol buraxmaq çox üzücü oldu. İstərdik ki, qol buraxmadan Bakıda daha rahat oynasınlar. Amma problem yoxdur. Sadəcə, ələ düşən qol şanslarından maksimum yararlanmaq lazımdır. Taktikanı isə baş məşqçi ən yaxşı bilir. Ümid edək ki, çətin rəqib üzərində qələbə qazana bilərlər".

Hüseynov "Araz-Naxçıvan"ın çıxışını da dəyərləndirib: "Bu mövsüm heyətə çox yaxşı futbolçular cəlb olunub. Hər üç oyunda da bunun şahidi olduq. "Aris" kimi komandanı Konfrans Liqasından uzaqlaşdırdılar. Amma təəssüf ki, "Omoniya"ya qarşı eyni nəticəni əldə edə bilmədik. Rəqib çox strukturlu komandadır və taktiki planda güclüdür. Müdafiədə də, hücumda da üstünlükləri var. Evdə 0:4 hesablı məğlubiyyətdən sonra səfərdə işimiz çox çətin olacaq. Lakin bütün bunlara baxmayaraq, hər üç komandamıza uğurlar arzulayıram".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Oxşar xəbərlər