top
Çarles Boli Araz-Naxçıvana keçidi, Koffi və Zubirlə söhbətləri haqqında danışdı - MÜSAHİBƏ Idman.biz
30 iyun 2025, 14:13
- ↺ +

Çarles Boli "Araz-Naxçıvan"a keçidi, Koffi və Zubirlə söhbətləri haqqında danışdı - MÜSAHİBƏ

"Araz-Naxçıvan"ın yeni transferi Çarles Bolinin Futbolxeber.az saytına müsahibəsi

- Artıq bir neçə gündür "Araz-Naxçıvan"a qoşulmusunuz. İlkin təəssüratlarınız necədir?

- İlkin təəssüratlarım əladır. Burada olmaqdan məmnunam. Məni "Araz-Naxçıvan"da çox yaxşı qarşıladılar. İstər oyunçular, istər məşqçilər, istərsə də texniki heyət. Komandada gözəl atmosfer var. Bütün bunlar məni sevindirir.

- Şablon da olsa, soruşmalıyıq, daha əvvəl Azərbaycan, yaxud futbolumuz barədə hər hansı məlumatınız var idi?

- Bura gəlməmişdən öncə Azərbaycan haqda müəyyən məlumatım var idi. Amma canlı görmək tam başqadır. Bir neçə gündür Bakıda olsam da, şəhəri çox bəyəndim. Düzdür, hələlik çox gəzmək imkanım olmayıb. Lakin görünən odur ki, paytaxt çox gözəldir. Futbol tərəfindən yanaşdıqda isə burada çıxış edən bəzi tanışlarımdan müəyyən məlumatlar əldə etmişdim.

- Kimlərdən?

- "Neftçi"dən Ervin Koffi, "Qarabağ"dan Abdullah Zubiri tanıyıram. Bura gəlməmişdən öncə onlarla söhbətim oldu. Həm Koffi, həm də Zubir "Araz-Naxçıvan" haqda müsbət fikirlər səsləndirdilər.

- Qarşıda "Araz-Naxçıvan"ı UEFA Konfrans Liqası gözləyir. "Aris"lə oyunlarda şansları necə dəyərləndirirsiniz?

- "Aris" yaxşı komandadır. Çox yaxşı heyətləri var. Bununla belə, hazır olmalıyıq. Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf biz olaq. 20-25 gün vaxtımız var. İnanıram ki, Yunanıstan klubuna qarşı layiqli çıxış edəcəyik.

- İlk matçı evdə keçirmək "Araz-Naxçıvan"ın lehinədir, yoxsa əleyhinə?

- Ciddi bir fərqi yoxdur. Mərhələ adlamaq istəyiriksə, hər iki matçda yaxşı, diqqətli oynamalı, mümkün qədər az səhvə yol verməli və qalib gəlmək üçün əlimizdən gələni etməliyik.

- "Lans"ın yetirməsi olduğunuzu nəzərə alsaq, "Land of fire Azerbaijan" ifadəsi sizə nəsə xatırladır?

- Əlbəttə, "Land of fire Azerbaijan" barədə məlumatım var. Bu, əla layihə idi. Hafiz Məmmədovu da, "Bakı"nı da tanıyıram. Həmin vaxt mən "Lans"ın akademiyasında idim.

- Əməkdaşlıq çərçivəsində "Bakı"nın yetirmələri də bir müddət "Lans"ın akademiyasında hazırlıq keçmişdilər. Həmin gənclərdən bəziləri bu gün Azərbaycan millisində forma geyirlər. Adlarını xatırladıqlarınız var?

- Bəli, yadımdadır, o zaman "Bakı"nın bir neçə gənc futbolçusu da "Lans"ın akademiyasında oldu. Təəssüf ki, indi onların adlarını xatırlamıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:38

İtaliya A Seriyasında "Latsio" səfərdə "Sassuolo"nu 6:2 hesabı ilə darmadağın edib

Qarabağ FK
Dünən, 23:25

Qarabağın əvəzedici komandaya göndərilən futbolçu klubdan ayrıldı

Basketbol
Dünən, 23:17

Lazar Spasiç: “Sabah” klubunun beynəlxalq arenada belə görünməsi lazımdır

Futbol
Dünən, 22:59

PSJ "Çelsi"nin 80 milyon avroluq cinah hücumçusu Estevaonu icarəyə götürmək istəyir

Futbol
Dünən, 22:47

Qəbələ 3:0 Qələbəsi: Bekiri 90 dəqiqədə oyuna nəzarət etdik

Futbol
Dünən, 22:44

Çelsi hücumçusu Joao Pedro bir neçə həftə yaralanma səbəbindən meydanlardan kənar qalacaq

Futbol
Dünən, 22:40

Şəfa Baku Arena’da ev oyunlarını yenidən keçirə bilər

Futbol
Dünən, 22:28

Real Madrid Liverpulun yarımmüdafiəçisi Aleksis Mak Allisteri transfer etmək istəyir

Futbol
Dünən, 22:09

Barselona yayda Harri Keyni transfer etmək istəsə də, Bavariya ilə yeni razılaşmaya gedir

Futbol
Dünən, 21:56

Betis İkardi 'La Liga'da Qəbulu Üçün Hərəkətə Keçdi

Futbol
Dünən, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Dünən, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Dünən, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Dünən, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Dünən, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Dünən, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Oxşar xəbərlər