Avropa Liqasının 1/8 final mərhələsinin "Real Sosyedad"la ilk oyunundan (1:1) sonra "Mançester Yunayted" hələ də Avropa Liqasının və Çempionlar Liqasının 72 klubu arasında cari avrokubok mövsümündə heç bir qarşılaşmada uduzmayan yeganə klubdur.
Ümumilikdə, 2024/2025 mövsümündə "qırmızı şeytanlar" Avropa Liqasında doqquz görüş keçirib. Bu oyunların beşində qalib gəlib, dörd dəfə isə heç-heçə edib.
Qeyd edək ki, "Mançester Yunayted"in "Real Sosyedad"la cavab oyunu martın 13-də baş tutacaq.