ABŞ-in prezidenti Donald Tramp DÇ-2026-nın Təşkilat Komitəsinin rəhbəri olub. Sport24.az xəbər verir ki, o, ABŞ, Kanada və Meksikada keçiriləcək yarışla bağlı hazırlıq işlərinə başçılıq edəcək.
Tramp bu turnirin əhəmiyyətini qeyd edib:
"Bizim ölkə üçün belə turnir keçirmək böyük şərəfdir".
FİFA prezidenti Canni İnfantino ABŞ prezidentinə xüsusi hazırlanmış top bağışlayıb.
Qeyd edək ki, 2026-cı ilin iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundialda 48 komanda mübarizə aparacaq.