top
Canni De Byazidən Napoliyə Qarabağ XƏBƏRDARLIĞI Idman.biz
24 noyabr 2025, 16:04
- ↺ +

Canni De Byazidən "Napoli"yə "Qarabağ" XƏBƏRDARLIĞI

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la keçiriləcək oyundan öncə "Napoli"yə xəbərdarlıq edib.

İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında Ağdam təmsilçisinin heyətində təhlükəli futbolçuların olduğunu söyləyib.

O, Azərbaycan çempionunun heyətindən beş futbolçunun adını çəkib: "Nəriman Axundzadə həm güclü fiziki hazırlığı, həm də dəqiq zərbələri sayəsində komandaya ciddi üstünlük qazandıra biləcək futbolçudur. Onunla milli komandada çalışmışam və potensialının yüksək olduğuna əminəm".

İtaliyalı mütəxəssis bildirib ki, "Napoli" daha iki futbolçuya xüsusi diqqət yetirməlidir — müdafiəçi Elvin Cəfərquliyevə və yarımmüdafiəçi Toral Bayramova: "Toral Çempionlar Liqasında çox şans qazanmasa da, uzaq məsafədən vurduğu zərbələrlə daim təhlükə yaradır. Cəfərquliyev isə hücuma fəal qoşulan, rəqib müdafiəsini asanlıqla çətin vəziyyətə salan oyunçudur".

De Byazi əcnəbi oyunçulardan isə Leandro Andrade ilə Marko Yankoviçi xüsusi vurğulayıb: "Komandanın əsas aparıcı fiquru Andrade sayılır. O, boş zonaları yaxşı görür və qapıya dəqiq zərbələr yönəltməkdə xüsusilə məharətlidir. Bununla yanaşı, "Napoli"nin Marko Yankoviçi də nəzərdən qaçırmaması vacibdir. Monteneqro millisinin üzvü olan yarımmüdafiəçi komandanın oyun quruluşunda əsas rolu oynayır, müdafiə önündə yerləşərək hücumları idarə edir və ritmi müəyyənləşdirir".

Qeyd edək ki, noyabrın 25-də "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Futbol
Dünən, 21:26

Dirk Kuyt, “Fənərbaxça”nın müvəqqəti baş məşqçisi olacaq

Futbol
Dünən, 21:16

Valdas Dambrauskas: "Sabah"ın "Turan Tovuz"a məğlubiyyətində məsuliyyəti mən daşıyıram

Futbol
Dünən, 21:09

La Liqada yeni təcrübə: hakimlər matçdan sonra qərarları televiziya izah edəcəklər

Futbol
Dünən, 20:57

Qəbələ-2, Sabah-2'yi 1-0 məğlub etdi

Digər
Dünən, 20:44

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Futbol
Dünən, 20:41

"Real Madrid"də Federiko Valverde "Rasinq Santander"lə oyunu buraxa bilər

Futbol
Dünən, 20:28

Premyer Liqa: “Sabah” komandası Turan Tovuz qarşısında 3-2 hesablı məğlubiyyət aldı;

Futbol
Dünən, 20:27

II Liqada 9-cu tur oyun təyinatları

Cüdo
Dünən, 20:14

U-20 cüdo üzrə Abşeron‑Xızı birinciliyinin qalibləri açıqlanıb

Futbol
Dünən, 19:59

Bruno Fernandes: Manchester Uniteddan ayrılma ehtimalı

Oxşar xəbərlər