top
Canni De Byazi: İki azərbaycanlı oyunçu haqqında dostuma danışmışdım Sport24.az
26 oktyabr 2025, 14:30
- ↺ +

Canni De Byazi: İki azərbaycanlı oyunçu haqqında dostuma danışmışdım

Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi Sportal.az saytına müsahibə verib. 2020-2023-cü illərdə yığma komandamızı çalışdırmış italiyalı mütəxəssis ölkəmizi tərk etdikdən sonra işsizdir. 69 yaşlı məşqçi həm milli komandamızın indiki durumundan bəhs edib. Sport24.az müsahibəni sizə təqdim edir.

 

- Azərbaycan milli komandası kənardan necə görünür? DÇ-2026-nın seçmə mərhələsinin son iki matçında Azərbaycanın Fransa və Ukraynaya qarşı oyununu izlədiniz?

- Bəli, əlbəttə ki, hər iki görüşü də izlədim. Kağız üzərində həm Fransa, həm də Ukraynaya qarşı görüşlər ağır görünürdü. Amma məncə, Azərbaycan millisi hər iki matçı yaxşı səviyyədə keçirdi. Meydanda layiqli mübarizə apardılar.

 

- Ayxan Abbasov hazırda milli komandanın baş məşqçisidir və əksər insanlar bu təyinatı müsbət qarşılayır. Üç matçda da ortaya pozitiv iş ortaya qoya bilib. Bəs, sizin fikrinizcə, o, milliyə uğur qazandıra biləcək?

- Mən Ayxan Abbasovu "Sumqayıt"dakı dövründən çox yaxşı tanıyıram. O, gəncdir və özünü təsdiqləmək üçün çox istəklidir. Bu da çox yaxşıdır. Lakin təcrübəsizliyinin ona nə qədər təsir edəcəyini bilmirəm. Amma istənilən halda, Azərbaycan millisinə uğurlar arzulayıram.

 

- Ümumiyyətlə, Azərbaycan millisinin əsas problemi sizcə nədədir? Həm də, Azərbaycan futbolunun...

- Bu, aydınlaşdırmağı çətin olan məqamdır. Şübhəsiz ki, Azərbaycan Premyer Liqası azərbaycanlı oyunçuların inkişafına töhfə vermir. Mən Azərbaycana yeni gələndə demişdim ki, biz futbolçuların mentaliteti, daha sonra isə keyfiyyətləri üzərində işləməliyik! Deyə bilərəm ki, üç il ərzində bu yöndə inanılmaz nəticələr və diqqətəlayiq artım gördüm.

 

- Yəqin ki, bilirsiz, Fernandu Santuş millidəki dönəmində qələbə qazana bilmədi. DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiyaya 0:5 hesabı ilə uduzduqdan sonra isə AFFA onu istefaya göndərdi...

- Portuqaliya kimi bir reallıqdan Azərbaycan millisinə keçmək əlbəttə ki, asan deyil. Fernandu Santuş təcrübəli məşqçidir. Yəqin ki, yeni vəziyyətə uyğunlaşa bilmədi.

 

- Bəs, siz Azərbaycan millisinin baş məşqçi postunda qala bilərdiniz? Ayrılığınıza səbəb nə oldu? 

- Əlbəttə ki, Azərbaycan milli komandasının baş məşqçi postunda qalmaq imkanım var idi, amma özüm istefa verdim.

 

- Sizcə, milli indi daha pis durumdadır?

- Düşünürəm ki, indi Azərbaycan millisi üçün heç də ən pis vaxtlar deyil. Amma düşünürəm ki, gənc oyunçularla gələcəyi qurmaq mümkündür.

 

- Azərbaycanlı futbolçulardan kimisə İtaliya klublarına təklif etmişdiniz? Hazırda azərbaycanlı futbolçulardan kiminlə danışırsız, münasibətiniz qalan var?

- A seriyası komandasında çalışan dostuma iki azərbaycanlı oyunçu haqqında danışmışdım. Amma kimlər olduğunu deməyəcəm. Azərbaycandan ayrıldıqdan bəri millidəki futbolçuların heç biri ilə əlaqə saxlamamışam ki, onları narahat etməyim. Məşqçi yoldaşlarıma da çox hörmətim var. Görüşənə qədər. Forza Azərbaycan!

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Oxşar xəbərlər