top
Canni De Byazi Ayxan Abbasov, Azərbaycan futbolunun problemləri və milli komandadan ayrılması barədə danışdı Idman.biz
26 oktyabr 2025, 15:06
- +

Canni De Byazi Ayxan Abbasov, Azərbaycan futbolunun problemləri və milli komandadan ayrılması barədə danışdı

"Mən Ayxan Abbasovu "Sumqayıt"dakı dövründən çox yaxşı tanıyıram. O, gəncdir və özünü təsdiqləmək üçün çox istəklidir".

Bunu Azərbaycan milli komandasının sabiq baş məşqçisi Canni De Byazi sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan milli komandası kənardan necə görünür? DÇ-2026-nın seçmə mərhələsinin son iki matçında Azərbaycanın Fransa və Ukraynaya qarşı oyununu izlədiniz?

- Bəli, əlbəttə ki, hər iki görüşü də izlədim. Kağız üzərində həm Fransa, həm də Ukraynaya qarşı görüşlər ağır görünürdü. Amma məncə, Azərbaycan millisi hər iki matçı yaxşı səviyyədə keçirdi. Meydanda layiqli mübarizə apardılar.

- Ayxan Abbasov hazırda milli komandanın baş məşqçisidir və əksər insanlar bu təyinatı müsbət qarşılayır. Üç matçda da ortaya pozitiv iş ortaya qoya bilib. Bəs, sizin fikrinizcə, o, milliyə uğur qazandıra biləcək?

- Mən Ayxan Abbasovu "Sumqayıt"dakı dövründən çox yaxşı tanıyıram. O, gəncdir və özünü təsdiqləmək üçün çox istəklidir. Bu da çox yaxşıdır. Lakin təcrübəsizliyinin ona nə qədər təsir edəcəyini bilmirəm. Amma istənilən halda, Azərbaycan millisinə uğurlar arzulayıram.

- Ümumiyyətlə, Azərbaycan millisinin əsas problemi sizcə nədədir? Həm də, Azərbaycan futbolunun...

- Bu, aydınlaşdırmağı çətin olan məqamdır. Şübhəsiz ki, Azərbaycan Premyer Liqası azərbaycanlı oyunçularının inkişafına töhfə vermir. Mən Azərbaycana yeni gələndə demişdim ki, biz futbolçuların mentaliteti, daha sonra isə keyfiyyətləri üzərində işləməliyik! Deyə bilərəm ki, üç il ərzində bu yöndə inanılmaz nəticələr və diqqətəlayiq artım gördüm.

- Yəqin ki, bilirsiz, Fernandu Santuş millidəki dönəmində qələbə qazana bilmədi. DÇ-2026-nın seçmə mərhələsində Reykyavikdə İslandiyaya 0:5 hesabı ilə uduzduqdan sonra isə AFFA onu istefaya göndərdi...

- Portuqaliya kimi bir reallıqdan Azərbaycan millisinə keçmək əlbəttə ki, asan deyil. Fernandu Santuş təcrübəli məşqçidir. Yəqin ki, yeni vəziyyətə uyğunlaşa bilmədi.

- Bəs, siz Azərbaycan millisinin baş məşqçi postunda qala bilərdiniz? Ayrılığınıza səbəb nə oldu?

- Əlbəttə ki, Azərbaycan milli komandasının baş məşqçi postunda qalmaq imkanım var idi, amma özüm istefa verdim.

- Sizcə, milli indi daha pis durumdadır?

- Düşünürəm ki, indi Azərbaycan millisi üçün heç də ən pis vaxtlar deyil. amma düşünürəm ki, gənc oyunçularla gələcəyi qurmaq mümkündür.

- Azərbaycanlı futbolçulardan kimisə İtaliya klublarına təklif etmişdiniz? Hazırda azərbaycanlı futbolçulardan kiminlə danışırsız, münasibətiniz qalan var?

- A seriyası komandasında çalışan dostuma iki azərbaycanlı oyunçu haqqında danışmışdım. Amma kimlər olduğunu deməyəcəm. Azərbaycandan ayrıldıqdan bəri millidəki futbolçuların heç biri ilə əlaqə saxlamamışam ki, onları narahat etməyim. Məşqçi yoldaşlarıma da çox hörmətim var. Görüşənə qədər. Forza Azərbaycan!

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Bu gün, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Bu gün, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
Dünən, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
Dünən, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
Dünən, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
Dünən, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
Dünən, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Güləş
Dünən, 21:38

Azərbaycan çimərlik güləşi millisi Dünya Seriyası finalına hazırlaşır

Basketbol
Dünən, 21:26

LANDAU Lions, Latviya çempionu VEF Rīga qarşısında məğlub oldu

Futbol
Dünən, 21:15

Barselona 2027-ci ildə Erling Haalandı komandaya cəlb etməyi planlaşdırır

Futbol
Dünən, 19:55

“Neftçi” klubunun Elvin Camalovla müqaviləsi qarşılıqlı razılıqla xitam verildi

Qarabağ FK
Dünən, 19:40

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro millisinə dəvət alıb, Ermənistanla oyunlarda çıxış edəcək

Minifutbol
Dünən, 19:28

Araz‑Naxçıvanın Futzal Çempionlar Liqası matçları Polşanın Qlivitse şəhərindəki PreZero Arena’da keçiriləcək

Minifutbol
Dünən, 17:43

Araz‑Naxçıvan futzal klubu transfer siyasətini dəyişir

Qarabağ FK
Dünən, 17:19

“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia “Turan Tovuz”a keçməyib

Futbol
Dünən, 16:28

“Neftçi” Emil Səfərovla “2+1” illik müqaviləni uzatdı - FOTO

Basketbol
Dünən, 14:31

“Sabah” basketbol klubu Avropa Kubokunun qalibi Tacuan Eyci-ni transfer etdi

Futbol
Dünən, 06:15

Barselona məşqçisi Hans‑Dieter Flick: “İkinci yarıda çətinliklərlə qarşılaşdıq”

Futbol
Dünən, 05:46

“Xetafe”nin müdafiəçisi Mohika Lamin Yamal ilə duellaları tərifləyir

Futbol
Dünən, 05:13

Zidane, Fransa millisi üçün ilk heyət siyahısını açıqlamaq ərəfəsində “Formula‑1” İspaniya Qran‑prisinə qatıldı

Futbol
Dünən, 00:26

“Şəfa” kipi Nicat Mehbalıyev: Millidən dəvət almaq ən böyük arzumdur

Futbol
13 sentyabr 2026, 23:33

Şəfa ilə Sabah arasında keçirilən matçın girişləri pulsuz olacaq

Futbol
13 sentyabr 2026, 23:13

Toral Bayramovun oyununa baxmayaraq Bursaspor qələbəni qaçırdı

Oxşar xəbərlər