Türkiyə millisinin sabiq futbolçusu Caner Erkin cari mövsüm dördüncü dəfə qırmızı vərəqə alıb.
"Report" xəbər verir ki, "Sakaryaspor"da çıxış edən 37 yaşlı oyunçu I Liqa təmsilçisinin heyətində bu halla üzləşib.
Təcrübəli cinah müdafiəçisi son olaraq bu gün "Sivasspor"a uduzduqları (1:4) XXVII turun matçında ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, Caner Erkin cari mövsüm "Sakaryaspor"un heyətində 12 matça çıxıb.