Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Camal Musiala məşqlərə başlayıb.
"Report" "Sky"a istinadən xəbər verir ki, futbolçu hələlik yüngül qaçışlarla və məşqlərlə kifayətlənir.
22 yaşlı yarımmüdafiəçinin dekabrda kollektiv məşqlərə qoşulacağı gözlənilir. C.Musialanın iyulun əvvəlində klublararası dünya çempionatında, PSJ ilə matçda ayağı qırılmışdı.
Qeyd edək ki, "Bavariya" hazırda 21 xalla Bundesliqanın turnir cədvəlinə başçılıq edir.