top
Cahangir Həsənzadə Qarabağın Nyukasla məğlubiyyəti və Çempionlar Liqasındakı iştirakı barədə danışıb Idman.biz
19 fevral 2026, 16:12
- ↺ +

Cahangir Həsənzadə "Qarabağ"ın "Nyukasl"a məğlubiyyəti və Çempionlar Liqasındakı iştirakı barədə danışıb

"Qarabağ" meydanda rəqiblə sözün əsl mənasında mübarizə apardı. Amma sürət və təzyiq matçın taleyini müəyyənləşdirdi".

Bu sözləri AFFA-nın texniki direktoru Cahangir Həsənzadə "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin "Nyukasl" komandasına 1:6 hesabı ilə uduzduğu oyun barədə danışarkən deyib.

Onun sözlərinə görə, qarşılaşmada rəqibin sürəti və tempi açıq şəkildə hiss olunurdu.

"Nyukasl" Premyer Liqa səviyyəsində formalaşmış komandadır və fərq meydanda aydın görünürdü. Bu mərhələdə artıq bütün komandalar müəyyən keyfiyyətə malikdir və zəif rəqib anlayışı demək olar ki, yoxdur. Ən vacib məqam isə təmsilçimizin bu mərhələyə qədər yüksəlməsidir ki, bu da bizim üçün ayrıca qürur mənbəyidir. Hesabın böyük olması futbolda təəccüblü hal deyil. Futbol elə idman növüdür ki, istənilən nəticə qeydə alına bilər. Mütəxəssislərin də qeyd etdiyi kimi, "Nyukasl" Premyer Liqada ən yüksək pressinq tətbiq edən və sürətli keçidlərə üstünlük verən komandalardan biri sayılır. Bu keyfiyyətlər dünənki matçda da özünü göstərdi", - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Azərbaycan millisinin və Ağdam təmsilçisinin sabiq qapıçısı bildirib ki, ümumi nəticəyə baxdıqda "Qarabağ"ın yaxşı nəticə üçün mübarizə apardığını, əlindən gələni etdiyini görmək olar:

"Komandamız meydanda rəqiblə sözün əsl mənasında mübarizə apardı. Futbolçularımız epizodlarda rəqibin hücumlarının qarşısını almağa çalışdılar, zaman-zaman buna nail də oldular. Xüsusilə qapıçı Mateuş Koxalski bir neçə epizodda çox yaxşı oyun göstərdi və komandanı daha böyük hesabdan xilas edən müdaxilələr etdi. Buna baxmayaraq, nəticə etibarilə böyükhesablı məğlubiyyət qeydə alındı. Entoni Qordonun dörd qol vurmasına gəlincə, hücumçu üçün əsas vəzifə fərqlənməkdir. O da öz işinin öhdəsindən yaxşı gəldi".

C. Həsənzadə bu cür oyunların Azərbaycan çempionu üçün yaxşı təcrübə və sınaq olduğunu söyləyib:

"Qarabağ" üçün bu mərhələdə oynamaq, belə sürətli və yüksəksəviyyəli komandaya qarşı mübarizə aparmaq gələcək üçün ciddi qazancdır. Düşünürəm ki, bu qarşılaşma Çempionlar Liqası və digər Avropa turnirlərində pley-off mərhələsində oynamaq baxımından komandaya böyük təcrübə verdi. Əminəm ki, növbəti iştiraklarda "Qarabağ" artıq bu səviyyəyə daha uyğun şəkildə hazırlaşacaq və belə böyükhesablı məğlubiyyətlər yaşamayacaq".

Qeyd edək ki, "Nyukasl" və "Qarabağ" arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda "Çelsi" və ya "Barselona" kollektivlərindən biri ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Oxşar xəbərlər