top
Cahangir Həsənzadə: Qarabağ - Şelburn cütünün favoriti Qarabağdır və çətin oyun gözləyir Sport24.az
Dünən, 21:26
- +

Cahangir Həsənzadə: "Qarabağ" - "Şelburn" cütünün favoriti "Qarabağ"dır və çətin oyun gözləyir

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Şelburn" (İrlandiya) cütünün favoriti Ağdam klubudur.  Sport24.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə bildirib.

 

O, "Qarabağ"ı çətin oyun gözlədiyini söyləyib: "Qarabağ"ın artıq bir üslubu və fəlsəfəsi var. Rəqibi də, böyük gücə sahib deyil. Amma bu, "Qarabağ"ın böyük hesabla qələbə qazanacağı anlamına gəlmir. Çünki rəqib Avropa futbolunun nümayəndəsidir və ən azı intriqanı növbəti oyuna saxlamağa çalışacaq. Ona görə də "Qarabağ"ı çətin oyun gözlədiyini deyə bilərəm. Üstəlik, səfərdə azarkeş təzyiqi məsələsi var. Ümumilikdə "Qarabağ" üstündür. Amma komandanın axsayan tərəfləri də var - heyətə yeni oyunçular qatılıb. Onlar fəlsəfəyə tez uyğunlaşacaqlar, yoxsa vaxt tələb olunacaq? Bu məsələ oyunun gedişatına təsir göstərə bilər. Düzdür, komanda hazırlıq oyunlarında çoxlu qollar buraxdı və vurdu. Amma bu, müdafiədəki problemlərlə deyil, oyunlar zamanı həyata keçirilən rotasiyalara görə də ola bilər. Yəni düşünmürəm ki, müdafiədə sıxıntılar var. Çox güman, Qurban Qurbanov futbolçuların potensialını tam görmək üçün müəyyən addımlar atıb. İstənilən halda, düşünürəm ki, "Qarabağ" cütün favoritidir".

 

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də Dublindəki "Tolka Park" stadionunda start götürəcək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:12

Joao Palinyanın "Tottenhem"ə Transferi İddiası

Futbol
Bu gün, 01:44

"Sabah"ın baş məşqçisindən "Petrokub" oyunu öncəsi: "Nəticəni xırda detallar həll edir"

Futbol
Bu gün, 01:32

"Sabah"ın baş məşqçisi "Petrokub" oyunu və "Sele" ilə matçlar barədə danışıb

Futbol
Bu gün, 01:25

Qurban Qurbanov "Şelburn"la oyundan sonra: "Çox vacib qalibiyyət idi, cavab görüşünə daha ciddi hazırlaşmalıyıq"

Futbol
Bu gün, 01:12

Qurban Qurbanov "Şelburn" üzərindəki 3:0 hesablı qələbənin reallaşmış üstünlük olmadığını dedi

Basketbol
Bu gün, 01:12

Evan Furnye "Olimpiakos"da qaldı: Yeni müqavilə 2028-ci ilə kimi

Futbol
Bu gün, 01:00

Qurban Qurbanov: "Bakıdakı oyunda da diqqətli olmalıyıq"

Futbol
Bu gün, 00:42

Çempionlar Liqası: "Qarabağ" İrlandiyada "Şelburn"u məğlub etdi

Futbol
Bu gün, 00:37

"Qarabağ" İrlandiyada "Şelburn"u darmadağın etdi: 3-0

Futbol
Bu gün, 00:36

Çempionlar Liqası: "Qarabağ" "Şelburn" üzərində qələbə qazandı - YENİLƏNİR

Futbol
Bu gün, 00:30

"Qarabağ" "Şelburn" səfərində: Qollar, Hesab və Oyundakı Son Durum - YENİLƏNİB

Futbol
Bu gün, 00:26

Çempionlar Liqası: "Qarabağ" - "Şelburn" matçında hesab açıldı, ikinci qol vuruldu və ilk hissə başa çatdı - YENİLƏNİB-4

Futbol
Bu gün, 00:23

"Qarabağ" "Şelburn"u səfərdə məğlub etdi: 0-1

Olimpiada
Bu gün, 00:18

Avropa Gənclər Yay Olimpiya Festivalında cüdoçularımız 3 medal qazanıb: 2 gümüş, 1 bürünc

Futbol
Bu gün, 00:00

"Qarabağ" "Şelburn"u məğlub etdi

Futbol
Dünən, 23:59

Valdas Dambrauskas "Petrokub" oyunu öncəsi fikirlərini bölüşdü

Tennis
Dünən, 23:55

Karlos Alkaras reytinqdə birinci pilləyə yüksəlmək niyyətindədir

Futbol
Dünən, 23:53

"Qarabağ" "Şelburn"a qalib gəldi: Hesab 0:1

Futbol
Dünən, 23:49

"Şelburn" - "Qarabağ" matçı: Hesab açılıb, ilk hissə başa çatıb, ikinci hissə başlayıb - YENİLƏNİB

Futbol
Dünən, 23:34

"Qarabağ" "Şelburn"u səfərdə məğlub etdi: Çempionlar Liqası startı

Futbol
Dünən, 23:32

"Qarabağ" "Şelburn" üzərində ilk hissədə 1:0 hesabı ilə üstünlük əldə edib - YENİLƏNİB

Futbol
Dünən, 23:26

"Sabah" "Petrokub"la matçöncəsi son məşqinə çıxdı

Futbol
Dünən, 23:24

"Sumqayıt" və "İmişli"nin yoxlama oyunu qolsuz başa çatıb

Futbol
Dünən, 23:17

"Kəpəz"in keçmiş futbolçusu Kerim Lkuça Mərakeş "Olimpik Klub de Safi" komandasına keçdi

Oxşar xəbərlər