top
Cahangir Həsənzadə: Fransa ilə oyunda millidən maksimum istək və inam gözləyirik Idman.biz
15 noyabr 2025, 18:30
- ↺ +

Cahangir Həsənzadə: Fransa ilə oyunda millidən maksimum istək və inam gözləyirik

AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə DÇ-2026-nın seçmə mərhələsində sabah Bakıda Fransa yığması ilə qarşılaşacaq Azərbaycan millisindən istəkli futbol gözləyir.

İdman.Biz bildirir ki, bunu Report-a açıqlamasında qurum rəsmisi özü deyib.

Sabiq qapıçı futbolçuların bacarıqlarını maksimum ortaya qoymalı olduqlarını vurğulayıb: "Fransa yığmasına qarşı bizi çox çətin və məsuliyyətli oyun gözləyir. Çünki Avropanın nəhəng komandalarından biri ilə qarşılaşacağıq. Futbolçularımız meydanda var güclərini qoymaq, psixoloji cəhətdən hazır olmaq məcburiyyətindədirlər. Bəlkə də qrupda yerini artıq təmin etdiyinə görə Fransa millisi üçün bu matç prinsipiallıq daşımayacaq. İstənilən halda millimiz bacarığını maksimum ortaya qoymalıdır".

O, Fransa yığmasının heyətində keyfiyyətli futbolçuların yer aldığını bildirib: "Kilian Mbappe zədəli olsa da, onu əvəzləyəcək keyfiyyətli futbolçular var. Azərbaycan yığması da itkilər səbəbindən oyuna tam heyətlə hazırlaşa bilməyəcək. Lakin evdə oynadığımızı nəzərə alsaq, azarkeşlərin də dəstəyi ilə istəkli futbol görmək arzusundayıq. Çətin olacaq, çünki komandalar arasında səviyyə fərqi var. Bu danılmazdır, lakin futbol elə oyundur ki, nəticəni əvvəlcədən təmin etmək çox çətindir".

C.Həsənzadə noyabrın 13-də baş tutan İslandiya millisi ilə matça (0:2) da toxunub: "İslandiya yığması ilə oyuna komanda çox yaxşı başlamışdı, fəal idi və rəqibdən çəkinmirdi. Fransaya qarşı da düzgün oynamaq vacibdir. Evdə, doğma azarkeşlər önündə sonuncu matçımızı keçirəcəyik. Bu səbəbdən daha inamlı komanda görmək istəyirik".

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:00-da start götürəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Olimpiada
Bu gün, 09:13

Məryəm Cavadova 100m sərbəst üzmə yarışına Dakar-2026-da başlayır

Futbol
Bu gün, 09:00

Sumqayıt "Şəfa" ilə qarşılaşacaq

Futbol
Bu gün, 08:43

150 milyon avro təklifinə baxmayaraq, Unai Simonun sadiqliyi

Futbol
Bu gün, 08:40

Tottenham qış transfer dövründə fransalı hücumçunu Krouppini komandaya qatmaq istəyir

Futbol
Bu gün, 08:28

Mançester Yunaytedin baş məşqçi vəzifəsi üçün namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:20

Paulo Fonseka “Sportinq” klubunun baş məşqçisinə təyin edildi

Futbol
Bu gün, 08:05

Raul Albiol UEFA B məşqçi lisenziyası alaraq məşqçiliyə başladı

Futbol
Bu gün, 07:50

Ten Haq yenidən Ronalduyu tənqid etdi: Son 7‑8 ildə nəticə vermir

Futbol
Bu gün, 06:43

“Udineze”də baş məşqçi Kosta Runyayç istefa etdi, yeni məşqçi namizədi Paolo Zanetti

Futbol
Bu gün, 05:37

"Sportinq" futbol klubunun baş məşqçisinin vəzifəsindən çıxarılması azarkeşlərin ağ bayraqlı etirazı nəticəsində

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Oxşar xəbərlər