top
Cahangir Həsənzadə: Doğma meydanda daha səlist Qarabağ gözləyirik Sport24.az
30 iyul 2025, 15:40
- ↺ +

Cahangir Həsənzadə: Doğma meydanda daha səlist "Qarabağ" gözləyirik

"İstənilən halda "Qarabağ" cütün favoritidir. Təmsilçimiz səfərdəki ilk qarşılaşmada (3:0) üstün oyun nümayiş etdirərək, demək olar ki, mərhələnin taleyini həll etdi". Sport24.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru Cahangir Həsənzadə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün "Qarabağ" və İrlandiyanın "Şelburn" komandaları arasında keçiriləcək cavab oyunu barədə danışarkən deyib.

 

Mütəxəssis Ağdam təmsilçisinin öz oyununu nümayiş etdirərək, yaxşı nəticə ilə növbəti mərhələyə vəsiqə qazanağına inandığını söyləyib: "Sözsüz ki, doğma meydanda daha güclü "Qarabağ" gözləyirik. Mövsümün əvvəli olduğu üçün istədikləri futbolu oynaya bilmədiklərini düşünürəm. Ona görə də bu dəfə daha səlist və nizamlı performans izləmək istəyirik. Buna baxmayaraq, rəqib kifayət qədər zəifdir. Kollektiv şəklində yaxşı təsir bağışlasalar da, futbolçuların fərdi bacarıqları yüksək səviyyədə deyil. Bu səbəbdən Ağdam klubunun texniki və taktiki baxımdan üstünlüyü açıq-aşkar hiss olunur. Lakin ilk matçda da gördük ki, rəqib komandanın futbolçuları zaman-zaman "Qarabağ"ın qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdılar. Bəzi anlarda qol vurmağa çox yaxın idilər. Çox güman ki, Bakıdakı görüşdə də bənzər vəziyyətlər yaşana bilər. Məhz buna görə komandamızın tam diqqətli və intizamlı çıxış etməsi vacibdir. Artıq bu matçdan sonra növbəti rəqibi düşünmək lazımdır".

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Şelburn" görüşü saat 20:00-da başlayacaq. Bu cütün qalibi III təsnifat mərhələsində FKSB (Rumıniya) – "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Oxşar xəbərlər