top
Cahangir Həsənzadə: “60 faiz üstünlük “Zirə”dədir” İdman.biz
11 iyul 2024, 16:28
- ↺ +

Cahangir Həsənzadə: “60 faiz üstünlük “Zirə”dədir”

"Şerif" sıradan bir komanda deyil".

Bunu "İdman Bizdə"nin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Cahangir Həsənzadə deyib.

44 yaşlı veteran qapıçı "Zirə"nin Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə matçlarını şanslarını dəyərləndirib. O bildirib ki, bu gün keçiriləcək ilk görüşdə tərəflər ehtiyatlı futbola üstünlük verəcəklər: "Moldovadakı görüşdə alışdığımız kimi ev sahibi komanda hücumda olacaq. Qonaqlar müdafiə olunacaq və əks-hücumlara bel bağlayacaqlar. "Zirə" məhz buna uyğun oyun üslubu ilə çıxış edir. Qısa müddətdə bunun dəyişəcəyini düşünmürəm. Oyun səfərdə olduğu üçün təmsilçimiz daha çox müdafiəyə qapanacaq. Onlar sürətli əks-hücumlara, ya da standart vəziyyətlərə bel bağlamalı olacaqlar. İlk oyundan sonra 2-ci matçda intriqa qorunacaq. İnanmıram ki, "Şerif" Tiraspolda böyük hesablı qələbə qazansın. "Zirə"nin birinci oyunda cütün taleyini həll etməsini istəyirəm. Amma bu da real görünmür. Nəzərə alaq ki, "Zirə" Premyer Liqada belə az qol vuran və ən az qol buraxan komandalardandır. İndi yeni hücumçu da alıblar. Bəlkə də onun ayağı komandasına düşərli olar. Düşünürəm ki, 1-ci oyundan sonra matçın hərarəti qalacaq".

Həsənzadə cütdə "Zirə"nin favorit olduğunu düşünür: "Əminliklə deyə bilərəm ki, 60 faiz üstünlüyü "Zirə"də görürəm. Burda həm də "Şerif"in fundamental olaraq yenilənməsi qısa müddətdə yaxşı nəticə verməsinə dəlalət etmir. Onlara da müəyyən vaxt lazım olacaq ki, bəlkə növbəti mövsümdə istədiyi futbolu nümayiş etdirib, yaxşı nəticələr əldə etsin. Bu, "Zirə"nin "dəyirmanı"na su tökəcək".

Qeyd edək ki, "Şerif" – "Zirə" matçı bu gün saat 21:00-da start götürəcək.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Oxşar xəbərlər