Türkiyənin "Konyaspor" komandasının yeni baş məşqçisi məlum olub.
İdman.Biz klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Çağdaş Atan gətirilib. Onunla imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Konya təmsilçisini son olaraq Recep Uçar çalışdırıb.
Komanda Superliqada 11 turdan sonra 14 xalla 8-ci pillədə qərarlaşıb.