top
Bürünc medal uğrunda mübarizə: Baxşıyev və Berdiyevin komandalarının qarşılaşması bu gün və sabah - ANALİZ Idman.biz
18 aprel 2025, 12:21
- ↺ +

Bürünc medal uğrunda mübarizə: Baxşıyev və Berdiyevin komandalarının qarşılaşması bu gün və sabah - ANALİZ

Bu gün Misli Premyer Liqasında bir oyun keçiriləcək.

İdman.biz xəbər verir ki, XXXI tur "Qarabağ" və "Neftçi" arasında Azərbaycan derbisi ilə əlamətdar olsa da, həftənin mərkəzi qarşılaşması məhz bu gün keçiriləcək.

3-cü pillədə qərarlaşan "Araz-Naxçıvan" 4 xal qabaqladığı "Turan Tovuz"u qəbul edəcək. "Liv Bona Dea Arena"dakı görüş həm də Konfrans Liqasına vəsiqə verən bürünc mükafat baxımından böyük əhəmiyyət kəsb edir. Bu üzdən də qarşılaşma "Bürünc döyüşü" sayılır.

Əlçatmaz gümüş, uzaq izləyicilər
Nəzəri cəhətdən "Araz-Naxçıvan" da, "Turan Tovuz" da hətta 2-ci yerə şanslarını da qoruyur. Amma gümüşə hamıdan yaxın sayılan "Zirə"nin yaxşı formada olması, izləyicilərinin isə o qədər sabit oynamaması göz önündədir. Bu üzdən naxçıvanlıların 6, tovuzluların 11 xallıq fərqi aradan qaldırması real deyil. Hər iki komanda üçün gümüş əlçatmaz hesab edilə bilər. 5-ci pillədəki "Sabah"ın 3-cü yerdən 16 xal geri qalması faktı da diqqət çəkir. Bu onu göstərir ki, bürünc döyüşündə 3-cü tərəf olmayacaq.

Bürünc üçün qızıl xallar
"Araz-Naxçıvan"la "Turan Tovuz" bürünc uğrunda mübarizə aparsa da, şəxsi oyundakı xallar qızıla bərabərdir. Hətta belə duellərdə qələbənin 3 deyil, 6 xal dəyərində olduğu deyilir. Təbii ki, bunu hər iki komanda da dərk edir. Elmar Baxşıyevin yetirmələri üçün qələbə bürünc və Avropaya vəsiqə anlamına gələ bilər. İndi 5 xal öndə olan Naxçıvan təmsilçisi üstünlüyünü 8 xala çatdırsa, son beş turda bunu əldən verməz. Meydan sahibləri üçün heç-heçə də pis nəticə sayılmır. Beş xallıq üstünlüyün qorunması komandanı bürünc döyüşündə xeyli öndə saxlayacaq. Tovuz klubu cəzalı baş məşqçisi Kurban Berdıyevsiz mütləq qalib gəlməlidir. Fərqi 2 xala endirmək də "Turan Tovuz"a kifayət etməyəcək. Sadəcə mübarizəni kəskinləşdirəcək və son 5 turda qiyabi döyüş yaşanacaq.

Çətin finiş
"Araz-Naxçıvan" bu tur istədiyini əldə etsə, qarşıdakı iki oyunda bürüncü rəsmiləşdirə bilər. Bunun üçün rəqiblər də münasib olacaq. Xilas üçün sonadək döyüşəcək autsayder "Səbail" və çempionatda heç bir iddiası qalmayan "Sabah" Baxşıyevin komandasının gücünə görədir. Əvəzində finiş çox çətin olacaq. Həmin vaxtadək qızılla gümüşü təmin edən "Qarabağ"la "Zirə"yə qarşı duellər, həmçinin Şamaxı səfəri ilk iki matçdan daha çətin görünür.

"Araz-Naxçıvan"ın son 5 oyunu:
XXXII tur. "Səbail" (s)
XXXIII tur. "Sabah" (e)
XXXIV tur. "Qarabağ" (s)
XXXV tur. "Şamaxı" (s)
XXXVI tur. "Zirə" (e)

Ev üstünlüyü
"Turan Tovuz" 3-cü yerlə fərqi azalda bilsə, daha sərfəli finişdən yararlana bilər. Berdıyev cəzalı olsa da, tribunadan komandasını bürüncə daşıyacaq təcrübəyə malikdir. Qərb klubu son 5 matçdan üçünü evdə keçirəcək. Qonaqlar da heç də qorxulu görünməyən "Şamaxı", "Neftçi" və "Kəpəz"dir. Yalnız "Zirə" ilə səfər görüşü çətin olacaq Tovuz təmsilçisinin Sumqayıtda da istədiyi nəticəni qazanması mümkündür.
"Turan Tovuz"un son 5 oyunu:
XXXII tur. "Şamaxı" (e)
XXXIII tur. "Zirə" (s)
XXXIV tur. "Neftçi" (e)
XXXV tur. "Sumqayıt" (s)
XXXVI tur. "Kəpəz" (e)

Bürüncsüz də Avropa var
Son oyunların təqvimi "Turan Tovuz"un yeganə üstünlüyü deyil. Qərblilər bütün fikrini Premyer Liqaya yönəldibsə, "Araz-Naxçıvan" bir deyil, iki cəbhədə döyüşür. Avropaya çıxmaq üçün həm çempionat, həm kubokda mübarizə aparmaq mövsümün sonunda yorğunluq anlamına gəlir. Mövsümün sonunda bürüncə sahib çıxacaq komanda təkcə tarixinin ilk mükafatını qazanmış olmayacaq, həm də Konfrans Liqasına yüksələcək. Amma "üçlük"dən kənarda qalmaqla da bunu etmək olar. "Araz-Naxçıvan"ın özü əvvəl "Qarabağ"ı, finalda isə "Sabah" – "Neftçi" cütünün qalibini üstələsə, kubokun sahibi kimi Avropa Liqasına yollanacaq. Bu, "Turan Tovuz"u 3-cü ya 4-cü yeri tutmasından asılı olmayaraq Konfrans Liqasına aparacaq. Kuboku "Qarabağ"ın qazanması da həm 3-cü, həm 4-cü yeri Avropaya aparacaq. Amma finalı gözləməmək, başqalarından asılı olmamaq üçün bürüncü ələ keçirmək lazımdır. Bürünc döyüşü isə bugünkü qiyabi mübarizə ilə qızışır.

Qeyd edək ki, "Araz-Naxçıvan"la "Turan Tovuz"un matçı saat 19:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Oxşar xəbərlər