top
Bürünc medal kimin olacaq: Araz-Naxçıvanın, yoxsa Turan Tovuzun? Idman.biz
05 may 2025, 14:27
- ↺ +

Bürünc medal kimin olacaq: "Araz-Naxçıvanın", yoxsa "Turan Tovuzun"?

Misli Premyer Liqasının son üç turu ərəfəsində mükafatlardan yalnız birinin sahibi bəlli deyil.

İdman.biz xəbər verir ki, "Qarabağ"ın qızıl, "Zirə"nin gümüşü təmin etdiyi çempionatın bürüncü hələ sahibini gözləyir.

33 turdan sonra "üçlük"də yer almağa iki namizəd var. "Araz-Naxçıvan" 55 xalla 3-cü sırada qərarlaşıb. 4-cü olan "Turan Tovuz" 6 xal geridədir.

3 turda belə bir fərqin aradan qaldırılması həddən artıq çətin vəzifə kimi görünür. Amma təqvim "Araz-Naxçıvan"a yaxşı finiş vəd etmir.

Düzdür, Elmar Baxşıyevin yetirmələri artıq həftəsonu bürünc medal və Konfrans Liqasına vəsiqəni təmin edə də bilər. Bunun üçün Naxçıvan təmsilçisi "Qarabağ"a uduzmamalı və "Turan Tovuz"un "Neftçi" ilə görüşdə daha az xal əldə etməsini arzulamalıdır. Bir sözlə, Elmar Baxşıyev qələbə qazansa, tovuzluların istənilən xal itkisini, heç-heçə etsə, məğlubiyyətini istəməlidir.

"Araz-Naxçıvan"a "Turan Tovuz"un nəticələrindən asılı olmayaraq bürünc qazanmaq üçün 4 xal lazımdır. Rəqiblərdən ikisi çempionatın ən güclüləridir – "Qarabağ"la "Zirə". Düzdür, artıq qızılla gümüşü təmin edən iddialılar üçün finiş formal xarakter daşıyır, amma onlardan xal almaq da asan sayılmır. Muxtar Respublika təmsilçisini çətin Şamaxı səfəri də gözləyir.

"Turan Tovuz"un oyunlarının təqvimi daha yüngül görünür. Uğursuz mövsüm keçirən "Neftçi"ni evdə, "Sumqayıt"ı səfərdə məğlub etmək mümkünsüz deyil. Son turda "Kəpəz"lə Qərb derbisi doğma Tovuz stadionunda baş tutacaq. Kurban Berdıyevin yetirmələrinin bu matçlarda 9 xal toplaması da mümkündür. Amma qələbə seriyalı finiş də yetərli olmaya bilər.

"Araz-Naxçıvan"ın son 3 oyunu:
XXXIV tur. "Qarabağ" (s)
XXXV tur. "Şamaxı" (s)
XXXVI tur. "Zirə" (e)

"Turan Tovuz"un son 3 oyunu:
XXXIV tur. "Neftçi" (e)
XXXV tur. "Sumqayıt" (s)
XXXVI tur. "Kəpəz" (e)

Qeyd edək ki, XXXIV turun oyunları mayın 8-10-da keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Oxşar xəbərlər