top
Bunu bütün Neftçi azarkeşlərinə aid etmək doğru olmaz Sport24.az
20 aprel 2025, 21:52
- ↺ +

Bunu bütün "Neftçi" azarkeşlərinə aid etmək doğru olmaz

Misli Premyer Liqasının XXXI turunda keçirilən "Zirə" – "Sumqayıt" (3:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

– Futbolçularımı təbrik edirəm. Olduqca vacib 3 xal qazandıq. İlk hissə bizim üçün daha rahat keçirdi. Amma istər fasilədə, istərsə də çempionat zamanı "Sumqayıt"ın rəngarəng və baxımlı futbol oynadığını xatırladırdıq. Bunda Vaqif Cavadovun böyük rolu var. Maraqlı işlər görür. Xüsusən də hücum fazasında diqqət cəlb edən həmlələr edir. Üstünlüyümüzə baxmayaraq ikinci hissəsin əvvəlində qol buraxdıq və ondan sonra komanda üzərində müəyyən stres yarandı. "Sumqayıt" da daha böyük qüvvə ilə irəli atıldı. Biz isə məcburiyyətdən son 15-20 dəqiqədə daha çox müdafiəyəmeylli dəyişikliklər edirdik. Rəqib də həmin zaman hücumlar edirdi. Onlar da hesabı bərabərləşdirə bilərdilər. Şükürlər olsun ki, 3-cü qolu biz vurduq. "Sumqayıt"a uğurlar arzulayıram.

 

– Qalib gəlməsəydiz "Qarabağ" rəsmən çempion olacaqdı. İstənilən halda bu durum sizi daha çox motivasiya edirdi?

– Xeyr, açığı bu barədə heç düşünmürdük. "Qarabağ" artıq çempiondur, sadəcə onu formallaşdırmaq qalıb. Sadəcə özümüzü düşünürük. Avrokuboklara düşmək üçün imkan dərəcəsində yüksək yerlər uğrunda çalışırıq. Hazırda yalnız bunu düşünürük. Hətta ikinci qolu buraxsaydıq da futbolçularıma qəzəblənməyəcəkdim. Sona doğru futbolçularda stres olur. Hansı klub bunun öhdəsindən gələcəksə, o da daha yaxşı yerlərdə qərarlaşacaq.

 

– 16 il öncə formasınl geydiyiniz "Kocaelispor" Türkiyə Super Liqasına vəsiqə qazandı. Bu barədə hislərinizi bölüşə bilərsiz?

– Çox sevindim. O şəhər, o azarkeşlər, o camiə yüksək liqada çıxış etməyə layiqdir. Şəhərdə yeni gözəl stadion da tikilib. Ümumiyyətlə, "Bursaspor"dur, "Kocaelispor"dur hansı ki, bu tip komandalar yüksək liqada oynamağa layiqdirlər. "Kocaelispor"u yaxından izləyəcəm və onlara azarkeşlik edəcəm.

 

– Ötən tur "Neftçi"ylə oyunda Stefan Akaya qarşı irqçilik şüarları səsləndirildi. Bu oyunda isə Aka tribunada idi. Onun psixoloji durumu necədir?

– Düzü bu haqda məndə ətraflı məlumat yoxdur.

 

– AFFA İntizam Komitəsi də bu məsələylə bağlı "Neftçi"ni cəzalandırmışdı…

– Bilmirəm. Biz "Neftçi"ylə matçda onu zədəylə bağlı dəyişmək istəyirdik, amma o, davam etmək istədi və zədəsini daha da pisləşdirdi. Artıq 2-3 həftə oyunlarda iştirak edə bilməyəcək. Amma ikinci yarıda göstərdiyi performansa görğ zədələnməsinə dəyərdi. Çünki olduqca vacib qələbə oldu. Aka gözəl qəlbli və gözəl xarakterli bir insandır. Ancaq mən irqçi şüarı eşitməmişəm. Eşitsəydik əgər, bəlkə də şərh etmək olardı. Bəlkə də bir nəfər kimsə deyib. Onu bütün "Neftçi" azarkeşlərinə də bağlamaq düzgün deyil.

 

– Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, sizin yerlilərlə bağlı planlarınıza təsir edəcək?

– Yox, planlarımızı dəyişmir. Rəqabət olacaq. Biz DAK-la avrokubok matçında səfərdə 5 yerli ilə oynamışdıq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var.  

 

– Danışıq apardığınız futbolçular var?

– Bəli, danışıq apardıqlarımız var. Danışacağımız futbolçular var. Amma çox futbolçu bizimlə davam edəcək.

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Oxşar xəbərlər