top
Bundesliqa: Leyptsiq Hamburqu məğlub etdi, Ayntraxt Frayburqa qalib gəldi, Ştutqart Volfsburqu darmadağın etdi Idman.biz
02 mart 2026, 00:50
- ↺ +

Bundesliqa: "Leyptsiq" "Hamburq"u məğlub etdi, "Ayntraxt" "Frayburq"a qalib gəldi, "Ştutqart" "Volfsburq"u darmadağın etdi

Almaniya Bundestaqının 24-cü turu çərçivəsində keçirilən "Hamburq" - "Leyptsiq" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyuna meydan sahibləri daha fəal başlayıblar. 22-ci dəqiqədə Fabiu Vieyra "Hamburq"u hesabda irəli çıxarıb. Lakin "buğalar" tezliklə tarazlığı bərpa edə biliblər. 36-cı dəqiqədə Romulu rəqib qapısına yol taparaq hesabı bərabərləşdirib.

İkinci hissənin əvvəlində - 50-ci dəqiqədə Yan Diomand vurduğu qolla "Leyptsiq"in geri dönüşünü tamamlayıb. Qalan vaxt ərzində "Hamburq"un cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Bu qələbədən sonra xallarını 44-ə çatdıran "Leyptsiq" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. 26 xalı olan "Hamburq" isə 11-ci sırada yer alıb.

Növbəti turda, martın 7-də "Hamburq" səfərdə "Volfsburq"la qarşılaşacaq. "Leyptsiq" isə həmin gün öz meydanında "Auqsburq"u qəbul edəcək.

23:30

Almaniya Bundestaqının 24-cü turu çərçivəsində keçirilən "Ayntraxt" - "Frayburq" matçı Frankfurt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Gərgin keçən qarşılaşmanın taleyi oyunun son yarım saatında həll olunub.

İdman.Biz xəbər verir ki, hesab 64-cü dəqiqədə açılıb. Meydan sahiblərinin hücumçusu Fares Şaibi rəqib qapısına yol taparaq komandasını önə çıxarıb. "Ayntraxt"ın üstünlüyünü isə 81-ci dəqiqədə yarımmüdafiəçi Jan-Matteo Baoyya təmin edib.

Bu qələbədən sonra xallarını 34-ə çatdıran "Ayntraxt" turnir cədvəlinin yeddinci pilləsinə yüksəlib. 33 xalı olan "Frayburq" isə səkkizinci sıraya geriləyib.

21:21

Almaniya Bundestaqının 24-cü turu çərçivəsində "Ştutqart" futbol komandası "Volfsburq"u böyükhesablı məğlubiyyətlə yola salıb. Görüşün taleyi elə ilk 45 dəqiqədə vurulan qollarla həll olunub.

İdman.Biz xəbər verir ki, hesab 21-ci dəqiqədə açılıb. Ermedin Demiroviçin ötürməsindən sonra Denis Undav dəqiq zərbə ilə komandasını önə çıxarıb - 1:0. Az keçmədən Kris Fürixin yaratdığı fürsəti Ceymi Levelinq qola çevirərək fərqi artırıb.

Birinci hissənin sonuna yaxın "Volfsburq"un müdafiəçisi Morits Yents ötürməni kəssə də, Levelinq dərhal topa sahib çıxaraq dublunu rəsmiləşdirib - 3:0. Qonaqların heyətində Lovro Mayer rəqib müdafiəçinin kobud səhvindən sonra fərqlənmək şansı qazansa da, zərbəsi qapıdan yan keçib. Matçda son nöqtəni 90-cı dəqiqədə Nikolas Nartey qoyub - 4:0.

Bu qələbədən sonra "Ştutqart" (46) "Hoffenhaym"la turnir cədvəlində üçüncü pilləni bölüşür. "Volfsburq" (20) isə autsayderlər sırasında - sondan ikinci yerdə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər