Bundesliqada 10-cu turun "Union Berlin" və "Bavariya" arasında keçirilən oyun başa çatıb.
İdman.Biz bildirir i, komandalar Berlindəki "Stadion An der Alten Försterei" stadionunda oynadılar. Oyun 2-2 hesablı heç-heçə ilə başa çatıb.
Doqquzuncu dəqiqədə VAR "Union"un hücumçusu İlyas Ansanın qolunu hesaba almadı. 27-ci dəqiqədə müdafiəçi Danilo Duki meydan sahiblərini irəli çıxarıb. 38-ci dəqiqədə "Bavariya"nın cinah oyunçusu Luis Dias hesabı bərabərləşdirib. Duki 83-cü dəqiqədə ikinci qolunu vurub. 90+3-cü dəqiqədə Harri Keyn bərabərlik qoluna imza atıb.
Beləliklə, "Bavariya" bu mövsümdə ilk dəfə xal itirib və 28 xalla birinci yerdə qalır. "Union Berlin"in 12 xalı var və 10-cu yerdədir.