"Arsenal"ın futbolçusu Bukayo Saka zədə səbəbindən təxminən bir aya yaxın oynamayacaq. Sport24.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi İngiltərə çempionatının 2-ci turunun "Lids"lə görüşündə (5:0) əvəzlənmək məcburiyyətində qalıb.
Sakaya bud nahiyyəsindən zədə diaqnozu qoyulub. Hazırda futbolçu müalicə olunur.
O, "Arsenal"ın əsas komandasında 265 oyuna çıxıb, 71 qol vurub və 71 məhsuldar ötürmə edib.