top
“Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür” Sport24.az
27 oktyabr 2024, 09:00
- +

“Bugünkü “Qarabağ” həmişəkindən daha güclüdür”

"Qarabağ"ın prezidenti Tahir Gözel komandanın çıxışını dəyərləndirib. Sport24.az xəbər verir ki, o UEFA Avropa Liqasının Liqa mərhələsi və daxili arenadakı mübarizə barədə saytımıza açıqlama verib:

 

"Komandamız avrokubok mövsümünün təsnifat mərhələlərini adlayaraq, ardıcıl 11-ci dəfə əsas mərhələyə vəsiqə qazandı. İlk dəfə yeni formatda keçirilən Avropa Liqasının Liqa mərhələsinə yüksəldik. Bu mərhələdə çox ciddi, Avropada özündən söz etdirən komandalarla qarşılaşırıq. Onlardan biri "Ayaks"dır ki, Niderland təmsilçisi Azərbaycana gələn ən titullu klub oldu. Onlara qarşı keçirdiyimiz son avrokubok oyununda komandamızın qarşılaşdığı çətinliklər göz önündədir. Qırmızı vərəqələr oldu. "Ayaks" kimi adlı-sanlı rəqiblə 9 futbolçu ilə mübarizə apardıq. Əlbəttə, "Qarabağ"ın UEFA Avropa Liqasının cari mövsümündə daha çox qələbə qazanmasını istərdik. Lakin mövsümün startındakı qələbələri də unutmaq olmaz. Bolqarıstanda "Lüdoqorets" üzərindəki 7:2 hesablı parlaq qələbə möhtəşəm oyunla əldə olundu".

 

Tahir Gözel komandaya inamını bildirib:

 

"Klub prezidenti kimi komandamın cəsarəti, ləyaqətindən, oyunundan, baş məşqçimiz Qurban Qurbanovdan tam razıyam. Komandamı hazırda pik formada görürəm. Liqa mərhələsində yalnız 3 oyun keçirmişik. Qarşıda 5 görüş var. Komandamızın həm avrokuboklarda, həm Premyer Liqa və kubokda hədəfləri böyükdür. Bunun öhdəsindən gələcəyimizə inanıram".

 

Klub prezidenti bildirib ki, özünəinam nəticələrdən daha önəmlidir:

 

"Klubun möhkəmliyinin qələbələr üzərində qurulmadığını, daim qalib gəlməyimizin mümkün olmadığını da bilirik. Biz komandamıza inanırıq. Əgər insan özünə inanmırsa, qazandıqları da böyük əhəmiyyət kəsb etmir. Qaşılaşdığımız çətinliklər, qələbə qazana bilmədiyimiz matçlar xarakterimizi daha da gücləndirir, bizi ailə kimi birləşdirir və cəsarətləndirir. "Qarabağ" möhkəm klubdur, daxildəki mənəvi gücümüz tükənməzdir. Özümüzə tam inanırıq. Hər il Azərbaycan üçün avrokubok həyəcanı yaşatdığımızı və yaşadağımızı bilirik. Komandama, ölkəmə, xalqıma inamım böyükdür. Bugünkü "Qarabağ" həmişəkindən daha güclüdür".

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 18:35

Kurtinaytis: "Astana" ilə oyunlar pley-off öncəsi faydalı oldu

Futbol
Bu gün, 18:29

Vinisius Junior: "Real" arzularımın klubudur"

Futbol
Bu gün, 18:22

Mahmud Qurbanovdan "Qarabağ"ın Çempionluq Şansı və Digər Komandalarla Bağlı Fikirlər

Futbol
Bu gün, 18:10

"Qarabağ" - "Karvan-Yevlax": START HEYƏTLƏR VƏ OYUN HAQQINDA MƏLUMAT

Futbol
Bu gün, 18:00

"Liverpul" Slotun gələcəyini müzakirə etmək üçün təcili iclas keçirdi

Futbol
Bu gün, 17:59

Azərbaycan millisi çimərlik futbolu üzrə Moldovanı məğlub edib

Futbol
Bu gün, 17:57

Mahmud Qurbanov: "Qarabağ"ın çempionluğa qayıdışı, "Neftçi"nin avrokubok şansı və "Karvan-Yevlax"ın vəziyyəti

Futbol
Bu gün, 17:56

"Udineze" - "Komo" matçı qolsuz başa çatdı

Futbol
Bu gün, 17:49

"Qarabağ" - "Karvan-Yevlax": Heyətlər və Oyun Öncesi Təhlil

Basketbol
Bu gün, 17:49

Rimas Kurtinaytis "Sabah"ın "Astana" üzərində qələbəsindən və oyun keyfiyyətindən razı qaldığını bildirdi

Futbol
Bu gün, 17:45

Həbib Nurməhəmmədovun "Real Madrid"də Arda Gülərlə səmimi görüşü - VİDEO

Digər
Bu gün, 17:40

Bilyard üzrə "9 Pool" növü üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu

Basketbol
Bu gün, 17:38

"Şəki"nin baş məşqçisi: Mövsümün əvvəlindən hədəfimiz pley-off idi, istiqrar göstərib "Şəki"ni yuxarıda saxladıq

Futbol
Bu gün, 17:33

Mahamadu Ba: "Qarşıdakı hər oyun bizim üçün həlledicidir"

Futbol
Bu gün, 17:21

Rüstəm Rəhimov: Hakim səhvləri cəzasız qalmamalı, rəqabət artırılmalıdır

Futbol
Bu gün, 17:20

"Sabah"ın U-14 komandası "Antalya City Friendship Cup" turnirinin qalibi oldu

Basketbol
Bu gün, 17:07

"Sabah" basketbol komandası "Astana" üzərində revanş aldı

Güləş
Bu gün, 17:00

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi Batumi Avropa çempionatında 4 idmançı ilə təmsil olunacaq

Futbol
Bu gün, 16:53

"Şamaxı" hücumçusu Karim Rossi Azərbaycan çempionatının inkişafı və karyerası haqqında danışdı

Basketbol
Bu gün, 16:43

"Sabah" "Astana" üzərində ikinci yoldaşlıq matçında qələbə qazanıb

Futbol
Bu gün, 16:40

"Kəpəz"in legionerindən "Qəbələ"yə məğlubiyyət sonrası paylaşım

Futbol
Bu gün, 16:40

"San-Paulu"nun yarımmüdafiəçisi Oskar karyerasını başa vurdu

Futbol
Bu gün, 16:23

Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti ola bilər - İDDİA

Şahmat
Bu gün, 16:20

Şahmat üzrə Avropa Çempionatında Azərbaycanı 14 şahmatçı təmsil edəcək

Oxşar xəbərlər