İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatının 1/8 finalında qalib gəldikdən sonra komandasına münasibətindən danışıb.
Sport24.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı, oyunçuların ruhu və liderliyi ilə çox fəxr etdiyini bildirib:
"Bu, komanda üçün çox vacib məqamdır. Meydanda bütün ulduz futbolçularınızla oyunda qalib gəlmək olar, lakin digər oyunçuların bu mərhələni keçməyimizə kömək etməsi, onlara güvəndiklərini hiss etmələri bizim üçün çox önəmlidir.